Spiraea Media - Wikipedia
Orta topulqa (lat. Spiraea media) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
Orta topulqa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Orta topulqa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəRusiyanın şimal-şərq hissəsi, Sibrin cənubu, Uzaq Şərq və Orta Asiyada bitir.
Botaniki təsviri
redaktəHündürlüyü 2 m, diametri 1,2 m, yumru, möhkəm çətirli, uzunsov-ellipsvari, parlaq yaşıl, uzunluğu 5 sm-dək olan yarpaqlı, çoxbudaqlı koldur. Yarpaq ayası yuxarı hissədə 2-4 iri dişlidir. Zoğları yumru, qonurtəhər, pulcuqlu qabıqlıdır. Çiçəkləri ağ, qalxanvari çiçək quruplarında yerləşir. Mayda 15-20 gün ərzində çiçəkləyir. 4 yaşından çiçəkləyir və meyvə verir. Meyvələri avqustda yetişir.
Ekologiyası
redaktəİşıqsevəndir. Kolluqlarda, quru yamaclarda rast gəlinir. Qışa, quraqlığa, qaza davamlı bitkidir, kölgələnməyə dözür.
Azərbaycanda yayılması
redaktəAzərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəTək və qrup əkinlərində istifadə olunur.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.