Spiraea Salicifolia - Wikipedia
Söyüdyarpaq topulqa (lat. Spiraea salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
Söyüdyarpaq topulqa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Söyüdyarpaq topulqa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəAvropa, Sibir, Uzaq Şərq, Çin, Koreya, Yaponiya, Şimali Amerikanın qərbində yabanı halda bitir.
Botaniki təsviri
redaktəHündürlüyü 2 m-dək, düz dayanan, hamar və ya çıxıntılı-zolaqlı, qırmızımtıl-qonur-sarı zoğlu koldur. Yarpaqları uzunsov-lansetvari, uzunluğu 10 sm-dək, ucu biz təxminən bünövrəyədək iti dişli, çılpaq və ya tükcüklü, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Çəhrayı və ya ağ çiçəkləri qısa, sarımtıl tükcüklü çiçək saplaqlarında uzunluğu 20 sm-dək olan silindirik və ya piramidal süpürgələrə yığılmışdır.
Ekologiyası
redaktəÇayların, göllərin ətrafında, bataqlıqlarda bitir. İşıqsevəndir. Şaxtaya davamlıdır, torpağa tələbkardır, nəmişli torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
redaktəMədəni şəraitdə bir çox park və bağlarda becərilir.
İstifadəsi
redaktəCanlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 489.