Starcraft - Wikipedia
"StarCraft" (hərfi mənada "ulduz sənəti") — "Blizzard Entertainment" tərəfindən yaradılmış hərbi strateji videooyun. Oyunun elmi-fantastik əhvalatı 26-cı əsrdə vaqe olur. Həmin vaxtda üç kosmik irq arasında (terranlar, protosslar və zerqlər) müharibə gedir.
"StarCraft" | |
---|---|
| |
Hazırlayan | Blizzard Entertainment |
Yayımlayan |
Blizzard Entertainment Sierra Entertainment Nintendo |
Seriya | StarCraft |
Buraxılış tarixi | 31 mart, 1998 (Windows) |
Lisenziya | havayı proqram təminatı |
Versiya | 1.16.1 (21 yanvar 2009) |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | Hərbi strategiya |
Yaş reytinqləri |
ELSPA: 15+ ESRB: Teen PEGI: 16+ |
Dizaynerlər |
Kris Metsen Ceyms Finni |
Bəstəkarlar |
Derek Dyuk Ceyson Heys Qlen Stefford |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows Mac OS Nintendo 64 |
Oyun rejimləri | Birnəfərli oyun, Multipleyer |
İnterfeysin dili | ingilis dili, fransız dili, alman dili, ispan dili, koreya dili |
Daşıyıcılar | CD, Nintendo 64 kartrici |
Sistem tələbləri |
90 MHz prosessor 16 MB OYQ SVGA video kartı |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, geympad |
Rəsmi saytı Rəsmi saytı Rəsmi saytı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun bir əlavə ("StarCraft: Brood War") və iki rəsmi addonu var. Cənubi Koreyada "StarCraft", xüsusilə "StarCraft: Brood War" üzərində peşəkar yarışlar keçirilir.
Geympley
redaktə"StarCraft"da oyunçu üç irqdən biri seçilməlidir. Hər bir irq öz fərqli qabiliyyətlərinə malikdir, lakin qüdrət cəhətindən bütün irqlər nisbətən bərabərdir. Oyunun məqsədi rəqib bazanı yaxud bir neçə bazaları dağıtmasıdır. İrqlərin hərbi potensialı toplanmış minerallar və qaza əsaslanır. Oyunçu bir baza və dörd fəhlə ilə başlanır. Terranlarda, yaxud insanlarda, həmin fəhlələr SCV (Space Construction Vehicle), protosslarda probalar, zerqlərdə isə dronlar adlanır. Fəhlələr minerallar və qaz toplayıb, müxtəlif qurmalar tikirlər. Protosslarda həmin qurmalar teleportasiya ilə, zerqlərdə isə dronların mutasiya nəticəsində meydana gəlir. ""StarCraft"ın bəzi xəritələrində rəqibi raş taktikası ilə məğlub etmək mümkündür. Həmin taktika tez hücuma yönəldilmiş iqtisadiyyata əsaslanır.
Bütün irqlərin silahları (həm incidici, həm də qoruyucu) apqreydə malikdir. O zamanda onların zərəri və qoruyucu qabiliyyətləri artılır. Bəzi hərbi vahidlər görünməzliyə malikdir və ancaq rəqib detektorlarla aşkar olunur (peşəkar yarışlarlarda həmin vahidləri kommentatorlar görürlər).