Strateji Raket Qosunlari - Wikipedia
Strateji Raket Qoşunları (rusca: Ракетные войска стратегического назначения) Rusiya Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Rusiya Federasiyasının müxtəlif bölgələrində yerləşdirilmiş qitələrarası ballistik raketlərə nəzarət etməkdir. Bu qoşunlar ilk dəfə Sovet Silahlı Qüvvələrinin tərkibində yaradılmış, 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra isə Rusiyanın tabeçiliyi altına keçmişdir.
Strateji Raket Qoşunları | |
---|---|
Ракетные войска стратегического назначения | |
Yaranma tarixi | 17 dekabr 1959 - günümüzə |
Ölkə | Rusiya |
Tabedir | Rusiya Silahlı Qüvvələri |
Daxildir | Rusiya Silahlı Qüvvələri |
Sayı | 60,000 (2016)[1] |
Qərargah | Moskva, Rusiya |
Şüarı |
"После нас - тишина" ("Bizdən sonra - sükut") |
Müharibələr | Soyuq müharibə |
Döyüşlər | |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | General-polkovnik Sergey Karakaev |
Məşhur komandirləri | Mitrofan Nedelin |
Vikianbarda əlaqəli mediafayllar |
Strateji Raket Qoşunları 17 dekabr 1959-cu ildə düşmənin nüvə silahlarını, hərbi və sənaye obyektlərini sıradan çıxarmaq məqsədilə yaradılmışdır.[2] Bu qoşunlar SSRİ-nin tabeçiliyi altında olan bütün növ ballistik raketlərə nəzarət edirdi.
Strukturu
redaktə2017-ci ilin yanvar ayına olan məlumata əsasən Strateji Raket Qoşunlarına aid aşağıdakı birliklər fəaliyyətini davam etdirir:[3]
- 27-ci Qvardiya Raket Ordusu (Baş qərargahı: Vladimir)
- 98-ci Qarışıq Aviasiya Eskadrilyası
- 7-ci Qvardiya Raket Diviziyası
- 14-cü Raket Diviziyası
- 54-cü Qvardiya Raket Diviziyası
- 28-ci Qvardiya Raket Diviziyası
- 60-cı Raket Diviziyası
- 31-ci Raket Ordusu (Baş qərargahı: Rostoşi)
- 102-ci Qarışıq Aviasiya Eskadrilyası
- 13-cü Raket Diviziyası
- 42-ci Raket Diviziyası
- 33-cü Qvardiya Raket Ordusu (Baş qərargahı: Omsk)
- 105-ci Qarışıq Aviasiya Eskadrilyası
- 35-ci Raket Diviziyası
- 39-cu Qvardiya Raket Diviziyası
- 62-ci Raket Diviziyası
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2017-07-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-23.
- ↑ "This foundation date is shared with the Russian Space Forces (VKS) by the President of Russian Federation Decree N.1239 dated 10 dekabr 1995". 2010-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.
- ↑ "Strategic Rocket Forces – Russian strategic nuclear forces". 2018-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.