Stronsium Karbonat - Wikipedia
Stronsium karbonat (SrCO4)- karbon turşusunun stronsium duzudır. Stronsium karbonat təbiətdə stronsianit mineralı kimi mövcuddu. Selestinlə (SrSO4) birgə sənaye əhəmiyyəti var.
Stronsium karbonat | |
---|---|
Fayl:File:Strontiumcarbonaat.png | |
Ümumi | |
Kimyəvi formulu | CO₃Sr[1] |
Molyar kütlə | 147,63 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 3,785 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 1494 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 1633-05-2 |
PubChem | 15407, 139148737 |
RTECS | WK8305000 |
ChemSpider | 14666 |
Fiziki xassələri
redaktəSuda az həll olunan rəngsiz kristallardı (25 °C -də 100 q H2O-da 2⋅10−3 q). SrCO3-ın üç modifikasiyası var: 925 °C-ə qədər α modifikasiya, araqonit tipli rombik kristalik qəfəs; 925 °C-dən yuxarı β-modifikasiyası kalsit forması; 1416 °C-dən yuxarı temperaturda və 2 MPa təzyiqdə, kub sisteminin γ-modifikasiyası mövcuddu.
Alınması
redaktə1. Stronsium karbonatı stronsium sulfonatın natrium karbonatın qatı məhlulu ilə reaksiya zamanı almaq olar :
2. Stronsium hidroksid karbon dioksidlə reaksiyaya girərək stronsium karbonat və su əmələ gətirir:
Kimyəvi xassələri
redaktəStronsium karbonat 1100 - 1200 °C -dən yuxarı olan temperaturda, stronsium oksid və karbon qazının əmələ gəlməsi ilə parçalanır:
Duru xlorid, azot, sirkə turşuları ilə reaksiyaya daxil olaraq duzlar əmələ gətirir:
Stronsium karbonat hidrogen sulfid ilə 900 - 1000 °C temperaturda reaksiya daxil olur, nəticədə stronsium sulfid, su və karbon dioksid alınır:
Tətbiqi
redaktəStronsium karbonat əsasən atəşfəşanlıq üçün boya kimi istifadə olunur. Həmçinin müxtəlif məqsədlər üçün istifadə olunan stronsium birləşmələrinin istehsalı üçün xammal kimi istifadə olunur. Stronsium karbonat şüşə sənayesindədə istifadə olunur. Onu şüşəyə əlavə etdikdə radiasiyaya və rentgen şüalarına davamlı edir.
Mənbə
redaktə- Рабинович В.А., Хавин З.Я. Краткий химический справочник. - Л.: Химия, 1977.
- Волков, А.И., Жарский, И.М. Большой химический справочник / А.И. Волков, И.М. Жарский. - Мн.: Современная школа, 2005.
- ↑ STRONTIUM CARBONATE (ing.).