Su Ati Derinlerin Efsanesi Film 2007 - Wikipedia
Su atı: Dərinlərin əfsanəsi (ing. The water horse: Legend of the deep) — Dik Kinq- Smizin eyni adlı uşaq romanı əsasında çəkilmiş 2007-ci il məhsulu film. Filmin rejissoru Ceys Russeldir.
Su atı: Dərinlərin əfsanəsi | |
---|---|
The Water Horse: Legend of the Deep | |
Janr | fentezi filmi[d][1][2][…], uşaq filmi[d], dram filmi, roman ekranlaşdırması[d] |
Baş rollarda | |
İstehsalçı | Columbia Pictures |
Distribütor | Columbia Pictures, Netflix |
İlk baxış tarixi | 25 debar 2007 (ABŞ), 8 fevral 2008 (Birləşmiş Krallıq) |
Müddət | 112 dəqiqə |
Büdcə | 40 milyon dollar |
Gəlir | 104 milyon dollar |
Ölkələr | ABŞ, Birləşmiş Krallıq, Yeni Zelandiya |
Dil | İngiliscə |
İl | 2017 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Yeni Zelandiya |
IMDb | ID0760329 |
Mövzu
redaktəGünümüz Şotlandiya sında bir neçə amerikalı turist Lok-Ness bədheybətini və onun şəklinin niyə saxta olmasını danışan bir nəfərlə tanış olurlar.
1942-ci ildə — II Dünya müharibəsi ndə Anqus Makmorrov adındakı bir uşaq anası Anna, bacısı Kristi ilə Lok-Nessdəki zadəgan Killinin malikanəsində yaşayır. Levis Movbray buraya təmirçi olaraq gəlir. Anqusun köhnə təmirçi olan atası Çarlz kral donanmasında dənizçidir və bir il əvvəl gəmisi savaşda batdığından bəri ondan xəbər yoxdur. Anqus isə atasının geri dönməyəcəyini qəbullana bilmir.
Bir gün Anqus dəniz qabıqları toplarkən qumda böyük, parlaq mavi bir yumurta tapır. Daha sonra Anqusun Robinzon Kruzo dan təsirlənərək Kruzo adını verdiyi bilinməyən bir məxluq yumurtadan çıxır. Məxluğu bir sirr olaraq gizlətməyə qərar verir və sonunda bacısına və Levisə deyir. Levis bunun yalnız bir yumurta yumurtlayan və daha sonra yumurtası çatlamadan ölən cinsiyyətsiz "su atı" olduğunu açıqlayır.
Kral Hava Qüvvətləri birlikləri lord Killinin dostu olan kapitan Tomas Hamilton tərəfindən idarə olunan evə gəlir. Birliklər sahəyə yerləşirkən alman dənizaltılarına qarşı müdafiə üçün gölün yaxınına bir topçu qurğusu qurulur. Bu arada Levis Kruzonun gizlədilə bilməyəcək qədər böyük olduğuna qərar verir və beləliklə onu göldə sərbəst bıraxmaları lazım gəlir.
Kapitan Hamilton Levisin pis bir təsiri olduğunu Annaya bildirir və Anna Anqusa bir az intizam öyrənməsinə icazə verir. Bir neçə günlük təlimdən sonra Anqus gğlə qaçır və görür ki, Kruzo Anqusu belinə alacaq qədər böyükdür. Anqusu belinə alan Kruzo bir müddət sonra suyun altına dalmağa başlayır. Anqus dalışdan narahat olur. Amma daha sonra xoşuna gəlir və sonunda fobiya sına qalib gəlir.
Ertəsi gün kapitan Hamilton Makmorrov ailəsini Lok Nessə baxan bir təpəyə götürür. Kruzo bir atəşləmə məşqi əsnasında, demək olar ki, patlayan bir mərmi tərəfindən vurulur Anqus Kruzonu yaralanma və ya ölümdən qurtarmaq üçün araya girir, Hamiltonu əsəbləşdirir və su atından xəbərsiz olan anası da ona inanmır. Bir ay boyunca hər gecə saat altıda otağında qalmaq cəzası ilə cəzalandırılır.
Kruzonu görən iki balıqçı şöhrət və sərvət üçün Kruzonun şəklini çəkməyə çalışır. Bormardman səbəbiylə gerçək olanın şəklini çəkə bilməyib saxta maket düzəldirlər.
Bacısının köməyiylə otağından gizlicə çıxan Anqus gölü ziyarət edərək Kruzonu axtarır. Kruzo ayağa qalxır, hələ də şokdadır və əvvəlki bombardmandan qorxur. Gölə geri girmədən öncə Anqusu dişləmək istəyir. Hamiltonun iti Çörçil Kruzonun iyini sahildən alaraq əgərlərə onun varlığından xəbərdar edir. Daha sonra əsgərlər Kruzonu tutmağa çalışanda Kruzo əsgərləri qorxudur, qayıqlarını dağıdır. Anqus əsgər Stranqa hücum edən Kruzonu sakitləşdirmək üçün gölə girir və batır.
Kruzo Anqusu qurtarır. Anna gələndə nəhayət Kruzonu görür və Anqusa inanır. Amma birinci olaraq Levisi Anqustun başını boş şeylərlə doldurmaqda günahlandırır. Yaxınlıqdakı topçular qısa müddət sonra Kruzonu alman dəniz döyüş botu zənn edərək atəş açır. Anqus, Hamilton, Amma və Levis Kruzonu hərbi dəniz torunun yanına aparır və Kruzo torun üzərindən tullanaarq oradan uzaqlaşır.
Günəş doğarkən Anqus Kruzonun gedişini izləmədən öncə atasının öldüyünü qəbul edir. İllər keçdikcə bir neçə nəfər Kruzonu gördüklərini iddia edir, amma Anqus Kruzonu bir daha heç vaxt görə bilmir. Turistlər köhnə hekayəyə görə qocaya təşəkkür edir. Adını soruşanda isə o qocanın Anqus Makmorrov olduğu məlum olur.
Çöldə bir ana qumsalda gəzən oğlu Villiama səslənir. O, Kruzonun yumurtası kimi parlaq mavi "qaya" görür. O, bir sonrakı dəniz atı olmaq üçün Kruzonun soyundan gəlmiş olur.