Su Dovrani - Wikipedia
Su dövranı — biosferdə suyun dövri yerdəyişmə prosesidir. Buxar, kondensasiya və çöküntülərdən ibarətdir.Bu dövran materiyanın hərəkət etdiyini göstərir və təsdiq edir.
Su yer kürəsində fasiləsiz dövr edir, buna görə suyun ümumi həcmi dəyişməz qalır.
Yer kürəsinin səthinin dörddə üç hissəsi suyla örtülmüşdür. Yer kürəsinin su təbəqəsini hidrosfer adlandırırlar. Dənizlər və okeanların duzlu suyu hidrosferin böyük hissəsini təşkil edir. Bundan başqa — göllər, çaylar, buzlaqlar, qrunt suları və su buxarı hidrosferi təşkil edən əsas elementlərdir.
Yer kürəsində su üç aqreqat halda mövcuddur (maye, bərk və qaz). Susuz canlı orqanizmlərin mövcudluğu mümkün deyil. İstənilən orqanizmdə istənilən halda su mövcuddur. Su canlı orqanizmlərin həyat fəaliyyəti üçün ən qiymətli və ən lazımlı maddədir. Su buxarı hidrosfer, atmosfer ilə mübadilə və qarşılıqlı əlaqə ilə yaranır. Atmosfer yağıntıların bir qismi buxarlanır, bir qismi daimi axarlara, göllərə, bir qismidə yer qabığına sızaraq yeraltı sular yaradır.
Təbiətdə su dövranın bir neçə növü var: Böyük su dövranı — okean səthi üzərində yaranmış su buxarı külək vasitəsilə materiklərə keçir, orada atmosfer yağıntıları şəklində düşür, yenidən okeana qayıdır. Bu prosesdə suyun keyfiyyəti dəyişir: buxar vaxtı duzlu dəniz suyu duzsuza çevrilir və suyun tərkibi təmizlənir.
- Kiçik su dövranı — okeanın səthi üzərində yaranmış su buxarı kondensasiya olunaraq atmosfer yağıntıları şəklində yenidən okeana tökülür.
- Kontinental su dövranı — quru səthi üzərində buxarlanan su, atmosfer yağıntıları şəklində yenidən quruya tökülür.
İstənilən halda çöküntülər yenidən Dünya okeanına qayıdır.
Suyun yenilənmə müddəti
redaktəAzərbaycan | San Marino
Norveç Çexiya Cənubi irlandiya Almaniya |
---|---|
Okeanlar | 3 200 il |
Buzlaqlar | 5 ildən 10 ilə qədər |
Mövsümi qar örtüyü | 2 ildən 6 ilə qədər |
Torpaq qatı | 1 aydan 2 aya qədər |
Qrunt suları: bulaqlar | 100 ildən 200 ilə qədər |
Qrunt suları: dərinlik suları | 10 000 il |
Göllər | 15 ildən 17 ilə qədər |
Çaylar | 17 gündən 19 günə qədər |
Atmosfer | 9 gün |
Gördüyünüz kimi suyun yenilənmə müddəti fərqlidir. Atmosfer rütubəti orta hesabla səkkiz-doqquz gün sonra yenilənir.
Canlı orqanizmlərin tərkibinə daxil olan sular bir neçə saat ərzində bərpa olunur. Bu su yenilənmənin ən aktiv formasıdır. Buzlaqlarda su ehtiyatlarının yenilənməsi dövrü təxminən 1 600 il təşkil edir, qütbdəki buzlaqların yenilənmə müddəti daha çoxdur — təxminən 9 700 il.
Dünya okeanı sularınn tam yenilənməsi dövrü təxminən 2 700 ildə olur[1].
Xarici keçidlər
redaktə- Təbiətdə su dövranı (rus.)
- Təbiətdə su dövranın mühafizəsi (rus.)
İstinadlar
redaktə- ↑ "Dünya okeanı və iqlim". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.