Su Seviyyesi Cay Ve Gollerde - Wikipedia
Su səviyyəsi- çay və göllərdə sərbəst su səthinin hər hansı şərti üfüqi səthə (nisbi su səviyyəsi), yaxud dəniz səviyyəsinə (mütləq su səviyyəsi) nisbətən hündürlüyü. İl ərzində su səviyyəsinin dəyişməsi iqlim şəraitindən asılıdır və göllərdə bir neçə sm-dən 2–3 m-ə, iri çaylarda isə 5–12 m-ə qədər olur. Müəyyən daimi üfüqi müstəviyə görə su səthinin yüksəkliyinə su səviyyəsi deyilir. İqlim, təbii amillərin təsirindən asılı olaraq su mənbələrində axımın dəyişməsi ilə əlaqədar səviyyə də dəyişir. Su səviyyəsinin dəyişməsini xarakterizə edən göstəricilərdən onun çoxillik, illik müvsümi və gündəlik, ekstremal orta səviyyələrini göstərmək olar.[1]
Mühəndisi hidrologiya və hidrotexnika sahəsində su səviyyəsi çox vaxt mütləq yüksəkliklə istifadə edilir. Lakin çaylarda, kanallarda, su anbarlarında su səviyyəsini nisbi yüksəkliklə ifadə etmək daha məqsədəuyğun hesab olunur. Belə hallarda su səviyyəsi, yüksəkliyi şərti olaraq sıfır qəbul edilən üfüqi müstəviyə görə müqayisə edilir.
Suölçmə məntəqəsi
redaktəSu səviyyəsinin ölçülməsi üçün istifadə edilən yerə suölçmə məntəqəsi deyilir. Hər bir suölçmə məntəqəsi, səviyyə ölçmə qurğularından və həmin qurğuların yüksəkliyini yoxlamaq üçün daimi geodezik yüksəkliyə malik olan reperlərdən ibarətdir. Reperlər mümkün qədər ölçmə qurğularına yaxın məsafədə olmalı və yüksək su səviyyəsi altında qalmamalıdır.
Suölçmə məntəqələri gəmiçiliklə əlaqədar olaraq böyük kanallarda və çaylarda-bəndlərdə, su elektrik stansiyalarında, şlüzlərdə, limanlarda, körpülərdə, suqəbuledici baş qurğularda, suvarma kanallarında və s. yerlərdə qurulur.
Çaylarda və suvarma kanallarında su səviyyəsinin ölçülməsi xüsusi əhəmiyyətə malikdir.
Həmçinin bax
redaktəXarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.