Sudeyif Imamverdiyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sudeif Bəşir oğlu İmamverdiyev (2 iyul 1938, Astara) — Türk Ağsaqqalları Birliyi sədri[1] AMEA-nın müxbir üzvü (2001)[2], uroloq, tibb elmləri doktoru, professor.[3] Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005)
Sudeyf İmamverdiyev | |
---|---|
Sudeif İmamverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1938 (86 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi |
urologiya, andrologiya |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | Professor |
|
|
Təltifləri |
|
Həyatı
redaktəSudeif İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-nı ildə N. Nərimanov adına ATI-nin müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olmuş və ona görə mükafatlandırılmışdır.
1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvləricin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-cü ildə isə (36 yaşında) Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
1975-ci ilin yanvarından tibb elmləri doktoru S. İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması ücün çalışır.
1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-nı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.[4]
Onun elmi-pedoqoji fəaliyyəti çoxşaxəli və genişdir. Geniş biliklərə və yüksək təcrübəyə malik olaraq o urologiyanın və andrologiyanın aktual istiqamətlərini inkişaf etdirərək və böyük nailiyyətlər əldə etmişdir.
Alim cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və səmərələşdirici təklif vermişdir. Bunlara – nefroptozun cərrahi müalicəsi zamanı böyrək və böyrəkətrafı toxumalarda baş vermiş dəyişikliklərin xüsusiyyətlərinə görə tətbiq olunan 4 nefropeksiya üsulu (1984, 1986, 1992,2008), sistektomiyadan sonra sidik axarının S-vari bağırsağa köçürülməsinin yeni modifikasiyası (1986), prostat vəzinin adenoması olan ahıl və qoca yaşlı xəstələrin taktivinlə immunokorreksiyası (1988), veziko-vaginal fistulaların transperitoneal plastikası (1991), mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsində böyrək arteriyasının sıxılması zamanı böyrəyin işemiyadan müdafiəsi (1993), prostat vəzinin adenoması zamanı yeni hemostaz üsulu (1985, 1997), sidik kisəsi xərçəngində sidiklikdən keçməklə sidikliyin rezeksiyası və ureterosistoneostomiya üsulu (1987,1998), varikoselektomiya zamanı kollateral venaların aşkarlanması üsulu (2004), Anderson-Xaynes əməliyyatının yeni modifikasiyası (2005) aiddir. Bütün bunlar urologiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.
Alim Azərbaycan elmini dəfələrlə dünyanın 30–dan çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil etmişdir.
O, işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işləricin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daim çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Onun rəhbərliyi altında 15 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunub. 1 namizədlik dissertasiyası ilkin müdafiəyə hazırlanır, 3 doktorluq dissertasiyası yazılır. Onun hazırladığı alimlər sırasında xarci ölkə vətandaşları var.
S. İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 280-dan çox elmi məqalələrin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 1 metodik vəsaitin, 1 dərsliyin, 13 səmərələşdirici təklifin və ixtiranın müəllifidir.
O, 1993-nü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həmçinin 2005-ci ildə "SKV" Azərbaycan Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloqlar Konfedarasiyasının sədri seçilib.
Professor S. B. İmamverdiyev 1992-ci ildə məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin (Milli Məclis) deputatı, 2000-ci ildə II dövr (2005-ci ilədək) yenidən Milli Məclisə deputat seçilib.
Alim elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenticin fərmanı ilə Şöhrət ordeni ilə təltif edilmişdir. 2006-cı ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə Y. Məmmədəliyev adına medalla təltif edilmiş, 2008-ci ildə isə əməkdar elm xadimi adına layiq görülmüşdür. Alim həmçinin elm sahəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü secilmiş, Elmi məktəbin yaradıcısı fəxri adına layiq görülmüş və cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə "Nobel" medalı ilə təltif olunmuşdur.
19 iyul 2023-cü ildə — Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[5]
Mükafatları
redaktə- Azərbaycan Respublikasının əməkdar elm xadimi — 2008
- "Şöhrət" ordeni — 2003
- "Şərəf" ordeni — 2018
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[6] — 2023
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
İstinadlar
redaktə- ↑ "Akademik Sudeif İmamverdiyev: Muxtar respublikada Ümummilli Liderimizin ideyaları yüksək səviyyədə həyata keçirilir". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
- ↑ "İmamverdiyev Sudeif Bəşir oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- ↑ "İmamverdiyev Sudeyif Bəşir oğlu". Azərbaycan Milli Elmlər Akademiyası. 2015. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "kafedra müdiri, MEA-nın müxbir üzvü, prof. İmamverdiyev S. B." amu.edu.az (azərb.). 2016. 2014-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2016.
- ↑ "İlham Əliyevdən tanınmış alimlə bağlı — Sərəncam". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- ↑ "S. B. İmamverdiyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.