Sukkulent - Wikipedia
Sukkulent - Wikipedia - Haqqında Məlumat
Sukkulent (lat. succulentus — "şirəli") — quraqlıq sahələrdə bitən və gövdəsində topladığı su hesabına həyat fəaliyyəti üçün əlverişli olmayan quraqlıq dövrü keçirən bitki.[1]
Ətli, şirəli yarpaqlı (aqava, aloye və s.) və ya gövdəli (kaktus, bəzi südləyənlər) çoxillik bitkilər, kserofitlərin xüsusi tipi. Sukkulent əsasən Şimali Amerikada, Mərkəzi Amerikada və Cənubi Amerikada, Cənubi Afrikada səhra, yarımsəhra və savannalarda bitirlər. Sukkulentlər işıqsevən, gecböyüyən bitkilərdir. Sukkulentlərin bəzisi (kaktus, aloye) dekorativ bitki, aqava isə toxuculuq sənayesi üçün xammal verən bitki kimi becərilir. Bəzi növləri Krımda, Mərkəzi Asiyada, Azərbaycanda introduksiya edilir.[2]