Sultan Uveys Xan - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Sultan Üveys xan(Uyğurca: سلطان وایس خان); ?—1428) — Moğolustan hakimi, Şirəli Xıdırın oğlu.
Sultan Üveys xan | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1428 |
Uşaqları | |
Ailəsi | Çingizlilər, Cığataylılar |
Həyatı
redaktəSultan Üveys xan Cığatay ulusundan, Tuğluqteymurlu sülaləsindən Şirəli Xıdırın oğludur. Doğum tarixi məlum deyil. Gənc yaşlarından Şirməhəmməd xana qarşı hakimiyyət mübarizəsinə başlamışdı. Onun qəfil ölüm səbəbilə, Əmir Xudadadın yardımı ilə xanlıq taxtına əyləşmişdi.
Sultan Üveys xan İslama ürəkdən bağlanmışdı. Bütün moğollara müsəlmanlara qarşı talançı yürüşlərə yasaq qoymuşdu. Kalmaklara (oyratlara) qarşı qəzavat ilə məşğul idi. Məğlubiyyətə uğramış, iki dəfə əsir düşmüşdü.
Tarixçi Mirzə Heydər Duqlatın şəhadətinə görə kalmaklara qarşı 61 yürüş etmişdi.
Sultan Üveys xan 1428-ci ildə Əmir Uluqbəyin Moğolustanı zəbt etmək üçün göndərdiyi Satuq xanla vurumada tam məlubiyyətə uğradı.
Ailəsi
redaktəSultan Üveys xan Dövlət Sultan xanım Səkənc ilə ailə qurmuşdu. Yunus xan, Əsən Buğa xan adlı oğlanları vardı.
Ədəbiyyat
redaktə- Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз. — ISBN 5-02-027059-8.
- Мухаммад Хайдар Дуглат. Тарихи Рашиди.
- Султанов Т. И. Чингиз-хан и Чингизиды. Судьба и власть. — М.: АС:АСТ МОСКВА, 2006. — 445 с. — (Историческая библиотека). — 5000 экз. — ISBN 5-17-0358040.
- Шах Махмуд ибн мирза Фазил Чурас. Хроника. М. Наука. 1976.