Sultan Resad Turbesi - Wikipedia
Sultan Rəşad türbəsi — İstanbulun Əyyubsultan ilçəsində yerləşən XX əsrə aid türbə.
Haqqında
redaktə35-ci Osmanlı sultanı olan Sultan Mehmed Rəşad 3 iyul 1918-ci ildə vəfat etdi və vəsiyyətinə uyğun olaraq daha əvvəl öz adına inşa etdirdiyi türbəyə dəfn olundu. Türbənin memarı Memar Kəmaləddin Əfəndidir. Bəzi mənbələrdə inşaatın 1912-ci ildə bitdiyi söylənsə də, türbənin içindəki bir xəttat yazısında 1914-cü il qeyd edilib. İstanbulda inşa olunan sonuncu Osmanlı türbəsi olan bu türbə eyni zamanda, şəhər mərkəzindən kənarda yerləşən yeganə sultan türbəsi olaraq digərlərindən fərqlənir. Türbənin yanında yenə sultanın istəyilə məktəb binası da inşa edilmişdir.
Neoklassik üsluba uyğun olan türbə səkkizbucaqlı formasında olub, 10 pillə üzərində inşa edilmişdir. Türbənin hər üzündə yuxarıda 2, aşağıda 1 olmaqla ümumilikdə 14 pəncərəsi var. Giriş qapısının üzərində xəttat Ömər Vasfi Əfəndi tərəfindən Sad surəsinin 50-ci ayəsi işlənmişdir. Türbənin daxili interyeri isə klassik Osmanlı türbələrində olduğu kimi çinilərlə örtülmüşdür. Türbənin daxilində Sultan Rəşadın, xanımlarından Kamurəs xanımın və oğlu Nəcməddin Əfəndinin məzarları yerləşir. Türbənin həyətindəki kiçik məzarlıqda isə aşağıdakı şəxslər dəfn edilib:
- Sultan Rəşadın oğlu Ziyayəddin Əfəndinin övladları Mehmed Nazim Əfəndi, Ömər Fövzi Əfəndi, Mihrimah Sultan və Lütfiyə Sultan
- Sultan Rəşadın oğlu Ömər Hilmi Əfəndinin qızı Əminə Mukbilə Sultan və onun Sultan Muradın nəslindən olan əri Əli Vasib Əfəndi
- Sultan Rəşadın bəzi xidmətkarları.
Mənbə
redaktə- Recep Akakuş, Eyyüb Sultan ve Mukaddes Emanetler, İstanbul 1973, s. 234-237;
- Gönül Öney, Türk Çini Sanatı, İstanbul 1976, s. 105;
- Yavuz Yıldırım, Mimar Kemalettin ve Birinci Ulusal Mimarlık Dönemi, Ankara 1981, s. 136-141;
- Oktay Aslanapa, Osmanlı Devri Mimârisi, İstanbul 1986, s. 472;
- Tahsin Ömer Tahaoğlu, İstanbul’da Osmanlı Türbelerinin Tipolojisi (doktora tezi, 1988), İÜ Sosyal Bilimler Enstitüsü; Yıldız Demiriz, Eyüp’te Türbeler, Ankara 1989, s. 75-77;
- a.mlf., “Mehmed V Türbesi”, DBİst.A, V, 349;
- Hakkı Önkal, Osmanlı Hanedan Türbeleri, Ankara 1992, s. 282-284;
- Mehmet Nermi Haskan, Eyüp Tarihi, İstanbul 1993, I, 260-262.
- http://www.tas-istanbul.com/portfolio-view/eyup-sultan-v-mehmet-resat-turbesi/ Arxivləşdirilib 2018-07-03 at the Wayback Machine