Sultan Selahuddin Ebdul Eziz Mescidi - Wikipedia
Sultan Səlahuddin Əbdül Əziz məscidi (malay Masjid Sultan Salahuddin Abdul Aziz)— Malayziyanın Selanqor ştatının dövlət məscidi. Məscid Şah Alam[ing.]da yerləşir. Məscid ölkənin ən böyük məscididir və həmçinin İndoneziyada yerləşən İstiqlal məscidindən sonra Cənub-Şərqi Asiyada ikinci ən böyük məsciddir. Onun ən fərqləndirici xüsusiyyəti böyük, göy və gümüşü günbəzidir. Məscidin dörd minarəsi var və hər biri məscidin bir küncündə ucaldılıb.
İslam | |
Sultan Səlahuddin Əbdül Əziz məscidi | |
---|---|
malay Masjid Sultan Salahuddin Abdul Aziz | |
Yerləşməsi | |
Ölkə | Malayziya |
Şəhər | Şah Alam |
Memarlıq | |
İnşa tarixi | 1982 – 1988 |
Üslubu | İslam memarlığı, Müasir memarlıq |
Minarələrin sayı | 4 |
Minarələrin hündürlüyü | 142.3 metr |
Tutumu | 24,000 nəfər[1] |
Materialı | beton, polad, alüminium, şüşəyəoxşar mina ilə üzlənmiş polad işlənmə, taxta, şüşə, keramik plitələr |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMəscidin tikilməsi 14 fevral 1974-cü ildə Selanqor ştatının yeni paytaxtı Şah-Alamı tanıtmaq üçün mərhum Sultan Səlahuddin Əbdül Əziz tərəfindən tapşırılıb. Tikinti işləri 1982-ci ildə başlamış və 1988-ci il mart tarixində tamamlanmışdır. Məscid həmçinin öz göy günbəzinə görə Göy məscid kimi də adlanır. Bu məscidin ən fərqləndirici xüsusiyyəti dünyada ən böyük dini günbəzə malik olmasıdır. Günbəzin diametri 51.2 metrə, yer səviyyəsindən hündürlüyü isə 106.7 metrə çatır. Məscidin hər birinin yer səviyyəsindən hündürlüyü 142.3 metr olan dörd minarəsi var.[2] Minarələrinin hündürlüyünə görə Mərakeşin Kasablanka şəhərində yerləşən İkinci Həsən məscidindən sonra dünyada ikinci yeri tutur.[3] İlk əvvvəllər məscid 1993-cü ildə İkinci Həsən məscidinin təntənəli açılış mərasiminə kimi dünyada ən hündür minarəyə malik məscid kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.[4] Bu məscid yenə də hər birinin yer səviyyəsindən hündürlüyü 142.3 metr olan dörd minarəyə malik olması ilə dünyanın ən hündür minarələr qrupudur.
Memarlığı və xüsusiyyətləri
redaktəSəlahuddin Əbdül Əziz məscidinin memarlıq üslubu Malay və Müasir memarlıq üslublarının qarışığıdır. Məsciddə eyni zamanda 24,000 nəfər ibadət edə bilər. Məscid aydın günlərdə Kuala-Lumpurun bəzi nöqtələrindən görünəcək dərəcədə böyükdür.[5]
Məacidin əsas günbəzinin diametri 51.2 metr, hündürlüyü isə 106.7 metrdir. Günbəzin tikilməsində əsasən alüminiumdan istifadə edilib. Məscidin 14.3 metr hündürlüyə malik olan və hər biri məscidin bir küncündə yerləşən dörd minarəsi var.
Malay və İslam memarlıq elementləri binanın işlənməsinə daxil edilmişdir. Dekorativ xətlərin təsviri günbəzin daxili qatlarında və divarların üzərində görülə bilər. Xəttatlıq işləri misirli xəttat Şeyx Əbdüləziz Moneim Məhəmməd Əli El Şarkavi tərəfindən edilib. Mürəkkəb konstruksiyaya malik alüminium qəfəsələrə məscidin qapıları, pəncərələri və divarlarında rast gəlmək mümkündür. Pəncərələr zala daxil ola biləcək işığın miqdarını azaltmaq üçün göy rəngli şüşə ilə təchiz olunmuşdur.[6]
Məscidin 14 hektar ərazini əhatə edən ərazisində xəttatlıq, heykəltəraşlıq, rəsm və memarlıq kimi İslam incəsənətinin zəngin spektrini göstərən doqquz qalereya yerləşir. Bu yer vaxtaşırı ənənəvi İslam fəaliyyətləri üçün istifadə olunur.[6]
İstinadlar
redaktə- ↑ "Blue Mosque (Sultan Salahuddin Abdul Aziz Shah Mosque)". Malaysian Ministry of Tourism-VirtualMalaysia.com. 2011. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2015.
- ↑ "Tourism Malaysia-Selangor destinations-Blue Mosque". tourismmalaysia.gov.my. 2011. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2015.
- ↑ Kingfisher Geography encyclopedia. ISBN 1-85613-582-9. Səh. 137
- ↑ "Sultan Salahuddin Abdul Aziz Mosque". pbase.com. 2011. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2015.
- ↑ "A Focal point for Shah Alam Muslims". New Straits Times. 11 March 1988. 24 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2015.
- ↑ 1 2 "Sultan Salahuddin Abdul Aziz Shah Mosque". tourismmalaysia.gov.my. 2011. İstifadə tarixi: 18 iyun 2015.[ölü keçid]