Sumagalli - Wikipedia
Sumağallı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Sumağallı kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Sumağallı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Sumağallı | |
---|---|
40°55′05″ şm. e. 48°02′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Coğrafiyası və iqlimi
redaktəKənd "Şirinsu-Qız qalası" turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 22-ci km-də, yoldan 1 km kənarda yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu. Kəndin ərazisindən Göyçay çayi keçir
Əhalisi
redaktəƏhalisi 858 nəfərdir ki, onun da 427 nəfəri kişi, 431 nəfəri qadındır. Qeyri-rəsmi məlumatlara əsasən Sumağallı kəndi ləzgi və azərbaycanlılardan ibarət qarışıq əhaliyə sahibdir.[2]
İqtisadiyyatı
redaktəƏhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kəndin ərazisində yeməkxana ilboyu fəaliyyət göstərir. Kəndə yaxın məsafədə "Maydərsi" adlanan yerdə istirahət mərkəzi tikilmişdir. İstirahət zonasının adı "GreenHouse"dir[3]
Təhsil
redaktəKənddə 1 uşaq bağçası[4] və 1 orta məktəb fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
- ↑ SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Lezgi in Azerbaijan Arxivləşdirilib 2012-01-03 at the Wayback Machine
- ↑ Kəndlərimiz[ölü keçid]
- ↑ "Sumağallı kəndinin qəzalı uşaq bağçası..." 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
Həmçinin bax
redaktə İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |