Sumqayit Demiryol Stansiyasi - Wikipedia
Sumqayıt Dəmiryol Stansiyası — Dəmiryol Stansiyası.
Sumqayıt dəmiryol stansiyası azərb. Sumqayıt Dəmiryolu Vağzalı | |
Bakı↔Sumqayıt xətti | |
Ölkə | Azərbaycan |
Şəhər | Sumqayıt |
İstismar ili | 1958 |
Sahibi | ADY QSC |
Operatoru | ADY QSC |
Vəziyyəti | Tam işlək |
Sumqayıt dəmiryol stansiyası Vikianbarda |
Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.
2015-ci ildən Bakı-Sumqayıt marşrutu ilə İsveçrənin “Stadler Rail Group” şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir. 20 avqust 2023-cü il tarixində saat 21:58-də vağzalın 3-cü mərtəbəsində genişmiqyaslı yanğın baş vermişdir. Kondisionerin qısa qapanması nəticəsində naqillər və alkapon üzərindən alov yayılmışdır. Sumqayıt şəhər FHN əməkdasları tərəfindən alov saat 23:00-da söndürülmüşdür. Nəticədə 11 nəfər təxliyə olunub və fasada müəyyən ziyan olunmuşdur.