Sumqayit Kimya Senaye Parki - Wikipedia
Bu məqalə Sumqayıt şəhərindəki sənaye parkı haqqındadır. MMC üçün Sumqayıt Kimya Sənaye Parkı (MMC) səhifəsinə baxın. |
Sumqayıt Kimya Sənaye Parkı (SCİP) — 11 may 2012-ci il tarixində İqtisadi İnkişaf Nazirliyinin nəzdində təsis edilmişdir. Park ictimai mülkiyyət hesab olunur.
Sumqayıt Kimya Sənaye Parkı SCİP | |
---|---|
Yaranma tarixi | 21 dekabr 2011 |
Fəaliyyət göstərdiyi yer | Sumqayıt |
Sumqayıt Kimya Sənaye Parkı | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəSumqayıt Kimya Sənaye Parkı Sumqayıt şəhərinin şimal hissəsində, Azərbaycanın paytaxtı Bakıdan 32,5 km məsafədə yerləşir. 505,64 ha ərazini əhatə edən parkın, 192 ha ərazisi sənaye zonasına ayrılmışdır[1]. Baş Plana əsasən sənaye zonasına kənd təsərrüfatı və tibbi kimya, məişət kimyası, tikinti kimya, elektron və mühəndis kimyasə, polimerlər, eləcə də sənaye avadanlıqlarının ihtehsalı daxil olacaqdır. Diqqət əsasən prioritet sahələrə yönəldəcək.
Parkın 3 oktyabr 2013-cü ildə açılışı gerçəkləşir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 aprel 2014-cü il tarixli 396 nömrəli "Sumqayıt Kimya Sənaye Parkının ərazisini genişləndirmək haqqında" Fərmanına əsasən park üçün 127,96 hektar ərazi ayrılmışdır. Prezidentin 25 yanvar 2017-ci il tarixli 2625 nömrəli “Sumqayıt Kimya Sənaye Parkının ərazisini genişləndirmək” sərəncamı əsasında Bakı-Quba yolunun 37-ci km-də yerləşən 170,75 hektar ərazi zonada xüsusi işlərin görülməsi üçün təmin ediləcəkdir[2].
Parka rəhbərlik edən Sumqayıt Kimya Sənaye Parkı MMC-dir.
SKSP-nın sənaye və sosial zonaları
redaktəSumqayıt Kimya Sənaye Parkını əhatə edən torpaq sahəsi şərti olaraq 2 zonaya bölünür: sənaye və sosial (ictimai). İctimai zonada (21 ha)[1] yaxın gələcəkdə 16 və 20 mərtəbəli ofis binaları fəaliyyətə başlayacaq. Müəssisə komoleksinə konfranslar və beynəlxalq sərgilərin keçirilməsi üçün sərgi zalları; laboratoriya binası; işçi emalatxanası; idman meydançaları; Uşaq Mərkəzi; bir sıra yataqxanalar; tibb və sağlamlıq mərkəzi, həm də Park sakinləri və işçi heyət üçün digər xidmətlər daxil olacaqdır. Bura həmçinin iç infrastrukturun təməllərinin qoyulması da daxildir (yəni istilik və elektrik enerjisi, su, qaz, kanalizasiya sistemləri, yanğından mühafizə, nəqliyyat və digər kommunal xidmətlər). Məlumat Mərkəzinin təməlinin qoyulmasına 60 milyon dollar xərclənib[3]. Sənaye parkının tam olaraq sərmayəsi 2 milyard 400 milyon dollar təşkil etmişdir[4].
Sumqayıt Kimya Sənaye Parkının əsas ofisi Bakı şəhəri, Xətai rayonu, Xocalı 37 ünvanında yerləşir (poçt kodu - AZ1025). Parkın direktoru Nazim Talıbovdur[5]. Direktor müavini - Zaur Məmmədov[6]. Ümumilikdə 13 rezidentdən ibarətdir[4] Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də SOCAR neft şirkəti tərəfindən hazırlanmış Polimer layihəsidir[7].
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" nın icrası çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının ərazisində ARDNŞ karbamid zavodu inşa edilmişdir. Zavodun təməli 2011-ci ildə qoyuldu və bir il sonra Koreyanın Samsung Engineering şirkəti ilə mühəndislik, satınalma və tikinti müqaviləsi bağlandı. Zavodun ümumi dəyəri təxminən 800 milyon avro idi. Zavodun açılış mərasimi 2019-cu ilin yanvar ayında baş tutmuşdur[8][9].
SKSP-nın qurulma məqsədləri
redaktə- Sənaye məhsullarının inkişafı;
- Bu sahədə sahibkarlığa dəstək;
- Qeyri-neft sənayesinin zəmanətli davamlı inkişafı;
- İstehsal zonasında işləyən əhalinin artması[10];
- Rəqabətli sənaye istehsalının formalaşdırılması;
- Ölkənin sənaye potensialının inkişafı.
Rezidentlər
redaktə2021 ildə Sumqayıt Kimya Sənaye Parkda 25 rezidentlər fəaliyyət göstərir:[11]
“Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Baku Non Ferrous and Foundry Company” MMC, “MST Engineering Services” MMC, “SIKA” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco” MMC, “STDC” MMC, “Azərxalça” ASC, “STP” MMC, “Tabaterra” QSC, “SOCAR Karbamid Zavodu”, “SumPlast” MMC, “LabDisc Azərbaycan” QSC, “Archi Glass” MMC, “Galenka Azərbaycan” MMC, “Universal Packing İndustry” QSC, “Azmonbat” MMC, “Bakı Tekstil Fabriki” MMC, “Glassica” QSC, “Azersulfat” MMC, “Novus Plastica” MMC, “Azeka BM” MMC, “Azərbaycan Vanhong Ceramics Co.” MMC.
Fəaliyyət
redaktəPark rezidentlərin məhsulu Türkiyəyə, Rusiyaya, Mərkəzi Asiya ölkələrə, Almaniyaya, Niderlanda, Polşaya, Ukraynaya, Braziliyaya, Kanadaya, Çinə, ABŞ-a ixrac edilir.[12]
Sənaye sahəsində əməkdaşlıq
redaktəHal-hazırda SKSP bir İran dərman şirkəti olan «Darou Pakhsh» ilə fəal işləyir[13]. Bir sıra xarici şirkətlər, xüsusən Rusiya Federasiyası, Ukrayna, İran və Almaniya şirkətləri ilə də danışıqlar aparılır. Bu şirkətlərin rəhbərlərinə Parkda filial açmağı təklif edirlər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Sumqayıt Kimya Sənaye Parkı" (rus). scip.az. 2018-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
- ↑ "Sumqayit Chemistry Industrial Park" (ingilis). Azərbaycanın Sənaye Portalı. 2017-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
- ↑ "«Interfax» — последние новости". interfax.az. İstifadə tarixi: 2018-04-25.[ölü keçid]
- ↑ 1 2 "BSNews: Инвестиция в Сумгаитский химико-промышленный парк". BSNews (rus). 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
- ↑ "Сумгаитский химико-промышленный парк рассматривает предложения 20 компаний" (ingilis). kreditplaza.az. 2019-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
- ↑ "Ассоциации организаций содействия развития кластеров и технопарков" (rus). akitrf.ru. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
- ↑ "SOCAR Polymer этом году планирует завершить вопросы финансирования проекта с "Газпромбанком" – Caspian Barrel" (az.). caspianbarrel.org. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
- ↑ Reuters. "Azerbaycan ilk üre fabrikasından Türkiye'ye ihracat yapacak" (türk). Investing.com Türkiye. 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
- ↑ "Ильхам Алиев открыл завод «Карбамид»" (rus). Mir24. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
- ↑ "Mission - Vision" (ingilis). scip.az. 2018-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
- ↑ http://scip.az/az/page/rezidentler Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine Sumqayıt Kimya Sənaye Parkının rezidentləri
- ↑ https://news.day.az/economy/1414003.html Arxivləşdirilib 2021-12-16 at the Wayback Machine В промзонах Азербайджана создаются новые рабочие места
- ↑ "«Сумгаитский химический промышленный парк»" (rus). 2018-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25. (#first_missing_last)