Suquha Kiriqaya - Wikipedia
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha?) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa?) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır.
Lifa | |
---|---|
Franşiz(lər) | Sword Art Online |
Yayın tarixi | 10 dekabr 2009 |
Yaradan | Reki Kavahara |
Səsləndirən | Ayana Taketatsu |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Suquha Kiriqaya |
Növü | insan (real həyatda) silf (oyunda) |
Cinsi | qadın |
Yaxınları | Kirito (qardaşı) Minetaka Kiriqaya (atası) Midori Kiriqaya (anası) |
Doğum tarixi | 19 aprel 2009 |
Yaşı | 15-16 |
VR dünyaları | ALfheim Online Project Alicization |
Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir.
Hekayə
redaktəSuquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar.[1] Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.[2] Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşını daha yaxşı anlamaq üçün ALfheim Online oyununu oynamağa başlayır. Bu zaman Kazutonun onun qardaşı olmadığını öyrənir:[2] anası ona Kazutonun onun bioloji qardaşı olmadığını açıqlayır. Bu, onun da başa düşmədiyi bir şəkildə Kiritoya qarşı hislər bəsləməsinə səbəb olur.[1] Kirito SAO-da ilişdiyi müddətdə hisləri ilə hərəkət etmir. Lakin Kirito iki illik SAO macərasından oyandıqdan sonra hisləri yenə özünü büruzə verir, amma onun artıq başqa biri ilə – Asuna ilə münasibətinin olduğunu öyrənir.[2]
Təsadüfən Lifa ALfheim Online oyununda Kazutonun avatarı Kirito ilə tanış olur. Kirito onu öldürməyə çalışan iki PK-dan xilas edir. Onun Kazuto olduğundan xəbərsiz olan Lifa ona Dünya ağacına çatmasına kömək etməyə qərar verir. Kazutonun ürəyində Asuna üçün bəslədiyi sevgini başa düşdükdən sonra bütün diqqətini ALO-dakı Kiritoya yönəldir. Lakin Kiritonun əsl şəxsiyyəti ortaya çıxandan sonra Lifanın qəlbi sınır və real həyatda Kazutoya hislərini etiraf edir. Necə cavab verəcəyini və mübarizə aparacağını bilməyən Kirito onu oyunda gözlədiyini deyir. Oyunda Lifa və Kirito döyüşməyə başlayırlar, lakin sonra bir-birilərindən üzr istəyirlər. Lifa Kirito üçün bəslədiyi hislərdən əl çəkir və Kiritoya Asunanı xilas etməkdə kömək edir.[3] Lifa Kirito, Asuna, Silika, Lizbet, Kleyn və digərləri ilə birlikdə ALO oynamağa üstünlük verir. Lifa, Lizbet və Silika "Sword Art Online: Girls' Ops" adlı spin-off manqa seriyasının protaqonistləridirlər.[4]
Qəbul
redaktəTənqidçilərin mövqeyi
redaktəLifa tənqidçilərin müsbət rəylərini almışdır. Suquhanın Kiritoya aşiq olması ürəkbulandırıcı və dəhşətli hesab edən[5] bəzi tənqidçilərə cavab olaraq Japanator.com saytından Karen Mid Suquhanın şəxsiyyəti haqqında deyir: "Onun şəxsiyyəti bəxtsizliklər səbəbi ilə qan qohumluğu olan birinə aşiq olan bir şəxsin simpatik, olduqca aydın təsviridir. Bu, animelərdə tez-tez gördüyümüz "Səni sevirəm, Oni-çan!" fetişindən tamamilə fərqlidir... Bununla biz Suquhanı tamamilə başa düşürük". Pəri rəqsi arkında diqqət mərkəzinin Asunadan Lifaya yönəldilməsi barədə Anime News Network saytının tənqidçisi bildirir: "Suquhanın qarşılıqsız sevgisi "Böyük qardaş kompleksi" fanatları üçün nəzərdə tutulmuş oyuna daha çox bənzəyir, lakin o, bundan daha artıq emosional inkişaf əldə edir, Kazutoya qarşı bəslədiyi qarşılıqsız məhəbbəti Kiritoya (halbuki, o da onun qardaşıdır və bundan xəbərsizdir) vurulmaqla əvəz etməyə çalışır.[1] "Sword Art Online: Girls Ops" spin-off manqasını dəyərləndirən Martin manqanı Lifanın hekayədəki əhəmiyyətinə görə tərifləmiş və demişdir: "Suquha bir hekayə arkında əsl baş qəhrəman olduğu kimi, bu franşizdə də eyni rolu davam etdirmişdir".[4]
Anime News Network saytının digər tənqidçisi Rebekka Silverman Lifanı Kiritodan "bir az daha maraqlı personaj" adlandırmış, lakin onun Kiritoya olan sevgisini "əsəbləşdirici" hesab etmişdir. Silverman ranobenin üçüncü cildində Lifanın olmasını pozitiv aspektlərdən biri olaraq dəyərləndirmişdir.[2] Animenin 15-25-ci seriyalarını dəyərləndirən Silverman deyir: "Lifa baş qəhrəman kimi Asunadan daha güclü emosional iradə nümayiş etdirir. O, digər personajlardan daha maraqlı görünür, çünki digərləri kimi Kiritoya həddən artıq güvənmir". Silverman qeyd etmişdir ki, Kirito ilə Lifa arasındakı münasibət Kirito ilə Asuna arasındakı münasibətdən daha təbii inkişaf edib.[6] "Sword Art Online: Girls' Ops" manqası haqqındakı tənqidində Teron Martin bildirir: ""Sword Art Online"-ın çox böyük uğuruna görə bir neçə spin-off manqasının istehsal olunması təəccüblü deyil. Silika, Lizbet və Lifanın yer aldığı ilk belə manqada sürpriz deyil".[4]
Populyarlıq və merçendayzinq
redaktəLifa Charapedia saytı tərəfindən keçirilmiş "Hansı anime personajının sizin kiçik bacınız olmasını istəyərdiz" sorğusunda 6-cı yeri tutmuşdur.[7] Bir başqa Charapedia sorğusunda 10.000 nəfərdən "ən cəlbedici sinəyə malik personajı" seçmək tələb olunmuş və Lifa 409 xalla 3-cü yeri tutmuşdur (370 xalla isə kişi respondentlər arasında 2-ci yeri tutmuşdur).[8] Asuna, Kirito və Lifa anime və manqa quldurluğu ilə mübarizə aparmaq üçün yaradılmış "Manga Anime Guardians" layihəsində də görünmüşdürlər. Bu layihə 15 anime studiyası və manqa nəşriyyatı tərəfindən dəstəklənir.[9] Lifa həmçinin "Sword Art Online"-ın bir çox video oyunlarında görünmüşdür. Bu oyunlardan biri olan "Dengeki Bunko: Fighting Climax" oyununda Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobelərin bir çox personajlarını görmək olar.[10] Bandai Namco tərəfindən istehsal olunmuş "Sword Art Online: Code Register" oyununun reklam xarakterli ilkin buraxılışından qeydiyyatdan keçmiş bütün istifadəçilər Lifa fiquru qazanmaq üçün lotereyaya qatıla bilərdilər.[11]
Sword Art Online qızları (Lifa da daxil olmaqla) Bandai tərəfindən keçirilmiş merçandayzinq lotereyasında yer almışdırlar. Anime News Network bu barədə zarafatyana bildirir: ""Sword Art Online"-ın qızları franşizin yaradıcılarına yaxşı pul qazandırır".[12] Lifanın çimərlik geyimində,[13] eləcə də, əlində günəş çətiri[14] və küləş çöpü[15] tutan fiqurları istehsal olunmuşdur. Lifanın rənglənmiş fiquru da buraxılmışdır.[16] "Sword Art Online" personajları əsasında eynəklər istehsal olunmuşdur, Lifanın modeli isə "güclü və gözəl silf qızlarını sevənlər üçün möhtəşəm" olaraq təsvir edilmişdir.[17]
İstinadlar
redaktə- ↑ 1 2 3 Martin, Theron. "Sword Art Online episodes 15-25 streaming: Fairy Dance". Anime News Network. 2014-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
- ↑ 1 2 3 4 Silverman, Rebecca. "Novel 3 - Fairy Dance". Anime News Network. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
- ↑ Reki Kawahara, Sword Art Online 4: Fairy Dance, Yen On, 2015
- ↑ 1 2 3 Martin, Theron. "Sword Art Online: Girls' Ops". Anime News Network. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
- ↑ Mead, Karen. "Sword Art Online: Are the haters right?". Japanator. 2019-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
- ↑ Silverman, Rebecca. "Sword Art Online Blu-Ray 3 & 4 - Fairy Dance Part 1 & 2". Anime News Network. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
- ↑ Anime News Network. "Men & women vote on which anime character they'd want as a little sister". Rocket News 24. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ Stimson, Eric. "Japanese Fans Choose Most Charming Busty Characters in Anime & Manga". Anime News Network. 2015-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ Loveridge, Lynzee. "More Characters Join MAG's Fight Against Piracy". Anime News Network. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ "Virtua Fighter's Akira Joins Dengeki Bunko Fighting Climax Game". Anime News Network. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ Green, Scott. "Players Help Cast Voice of "Sword Art Online: Code Register" Smartphone Game's Original Character". Crunchyroll. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ Loveridge, Lynzee. "Sword Art Online Girls Explore 'Maid World' in New Lottery Campaign". Anime News Network. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ Green, Scott. "Take Your Pick of "Sword Art Online" Leafa Swimsuit Figures". Crunchyroll News. 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ Loveridge, Lynzee. "Sword Art Online's Asuna, Leafa Figures Hang Out Under Parasols". Anime News Network. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ Baseel, Casey. "Anime figure with straw-holding cleavage is the perfect way to enjoy a nice glass of milk". Rocket News 24. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ Rush, Amanda. "Kotobukiya's Leafa Is Painted". Crunchyroll News. 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ McGee, Oona. "New Sword Art Online glasses cut blue light from screens, include awesome extras". Rocket News 24. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
Xarici keçidlər
redaktə- Personajlar Sword Art Online-ın rəsmi yaponca saytında.
- Personajlar Arxivləşdirilib 2016-04-10 at the Wayback Machine Sword Art Online-ın rəsmi Şimali Amerika saytında.
- Lifa (ing.) — IMDb səhifəsi