Surra Sabirabad - Wikipedia
Surra — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Surra | |
---|---|
40°04′47″ şm. e. 48°31′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Tarixi
redaktəBəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tədqiqatçıların fikrinə görə kəndin adı XIII əsirdə Qərbi Türkistandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Lakin Azərbaycan ərazisində bir sıra Sorsor və ya Sursur kəndlərinin adları olması bu faktı təkzib edir.
Mədəniyyəti
redaktəKəndin tarixi qədim dövrə təsadüf edir. Kəndin ərazisində tarixi e.ə. VI-I əsrlərə aid olan Surra yaşayış yeri mövcud olmuşdur.[1] Surra yaşayış yerinin qalıqları 3 ha sahədə tapılmışdır. XX əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən buldozerlər ərazidəki tarixi tapıntıların böyük qismini məhv etmişdir.[2] Arxeoloji qazıntılar zamanı Surra kəndinin ərazisindən enolit dövrünə aid müxtəlif tapıntılar, eramızdan əvvəl VI əsrə aid küp qəbirlər, I-III əsrə aid küp qəbirlərdən tapılmış antropomorf və VII əsrə aid zoomorf gil əşyalar, həmçinin nekropollar aşkar edilmişdir.[3] Bu nekropollar “Bud Təpəsi” adlanan yerdədir.[4]
Coğrafiyası və iqlimi
redaktəKənd Kür çayının sol sahilində yerləşir.
Kəndin iqlimi: yayı - isti, küləksiz; qışı isə sakit və mülayim xarakterlidir. Hazırda kəndin ərazisi 1890 ha-dır.
Əhalisi
redaktəƏhalisi bütünlüklə azərbaycanlılar və şiə müsəlmanlarıdır. Əhalinin sayı isə 1300 nəfərdən (300 ailədən) ibarətdir. Əhali sadə və mehriban adamlardır.
Tanınmış şəxsləri
redaktə- Araz Budaqov (Araz Məhəmməd oğlu Budaqov) - Azərbaycanlı terapevt-həkim, müəllim, SSRİ səhiyyə əlaçısı, Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri.[5]
- Oqtay Əliyev (Oqtay Ərəstun oğlu Əliyev) - Azərbaycanlı rəssam
İqtisadiyyatı
redaktəƏhalinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğuldur. Kənddəki təsərrüfatların sayı 300-dən artıqdır.
Təhsil
redaktəKəndin şəhidi Şəfi Babayevin adını daşıyan tam orta məktəb fəaliyyət göstərir. Kənddə uşaq bağçası da var.
Din
redaktəKənddə Surra kənd məscidi dini icması fəaliyyət göstərir.[6]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
- ↑ "Arxivlənmiş surət". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
- ↑ "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
- ↑ "Arxivlənmiş surət". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
- ↑ "Arxivlənmiş surət". 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2013-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Sabirabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |