Sus Tunis - Wikipedia
Sus[2] (Ərəb dilində: سوسة, Sus;[3] fransız dilində: Sousse) — Tunisdə şəhər, eyniadlı vilayətin mərkəzi. Əhalisi - 173 047 nəfər (2004).
Sus | |
---|---|
35°50′ şm. e. 10°38′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 6 m[1] |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 4000 |
Digər | |
commune-sousse.gov.tn | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQədim dövrlərdə Sus şəhəri Qadrumet adlanırdı və o, Afrikada ilk finikiya koloniyalarından və Karfagen dövlətinin ən iri mərkəzlərindən biri idi.
III Pun müharibəsi dövründə Sus (Qadrumet) Roma tərəfindən çıxış etdiyinə görə onun sakinlərinə Roma vətəndaşlığı hüququ verilmişdir. Trayanın hakimiyyəti dövründə şəhər koloniya statusu almışdır. Diokletianın hakimiyyəti dövründə isə Bizatsena əyalətinin mərkəzi idi. İmperator Yustinianın dövründə şəhərin adı dəyişdirilərək Yustinianopol adlandırılmışdı.
Ərəb işğalı dövründə şəhər Sus adlandırılan bu şəhər bir neşə əsrdən sonra öz əhəmiyyətini itirmişdir. Aqlabidlər sülaləsindən olan Kayruan hakimləri Susa liman şəhəri kimi mühüm əhəmiyyət verirdilər. Onlar 850 ci ildə bu şəhərdə böyük məscid və 859-cu ildə şəhərin ətrafında müdafiə divarlarını tikdilər.
XİX əsrdə fransızlar orta əsr şəhər divarları hüdudlarından kənarda, dənizə yaxın ərazidə yeni şəhərin əsasını qoydular.
Sus Aralıq dənizi sahilində tarixi abidələrlə zəngin liman şəhəridir. Şəhərin köhnə hissəsi (medina) 1988-ci ildə YUNESKO-nun mədəni irsinə daxil edilmişdir. Dəniz sahilində yerləşən kurort şəhəri kimi də məşhurdur.
26 iyun 2015-ci ildə Susun şəhərətrafında yerləşən və kurort mərkəzlərindən biri olan El-Kantavidə 40 nəfərə yaxın turistin həlak olması ilə nəticələnən terror aktı törədilmişdir.
Tanınmış şəxsləri
redaktə- Sleim Ammar – psixiatr və şair idi.
İstinad
redaktə- ↑ https://it-ch.topographic-map.com/map-8gs5z4/Susa/?zoom=19¢er=35.82563%2C10.64127&popup=35.82579%2C10.64134.
- ↑ Тунис. Справочная карта. Масштаб 1:1 000 000. Омск, Роскартография, 2004
- ↑ Инструкция по передаче на картах географических названий арабских стран. — М.: Наука, 1966. — С. 27.