Susqunlar Colu - Wikipedia
Susqunlar çölü (fin Hiljainen kansa - azərb. Susqun insanlar) — Finlandiyanın şimal-şərqində, kiçik Suomussalmi şəhərciyindən bir neçə 30 kilometr ərazidə insan müqəvvaları ilə doldurulmuş böyük bir ərazi.[1]
Tarixi
redaktəBu layihənin rəhbəri yerli rəssam Reyo Keladır.[1] O, belə bir işini ilk dəfə 1988-ci ildə paytaxtın şəhər ətrafı ərazilərindən birində yaratmışdır.[1] 6 ildən sonra - 1994-cü ildə bu layihəni Helsinkidə Senator meydanına təqdim edir.[1] Elə həmin ildə də müqəvvalar hazırkı əraziyə köçürülür və bu günə qədər orada qalmaqdadır.[1]
Mövcud vəziyyəti
redaktəBuradakı müqəvvaların ümumi sayı minə yaxındır.[1] Bu müqəvvalar günün başlanğıcında dəhşətli görünsə də, hər şey sonradan dəyişir.[1]
İldə iki dəfə könüllü şəxslər bu müqəvvaların geyimlərini dəyişirlər.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Finlandiyanın “susqunlar çölü” Arxivləşdirilib 2018-08-13 at the Wayback Machine. banker.az (az.)
Xarici keçidlər
redaktə- Niittykahvila (fi) Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine, (en) Arxivləşdirilib 2009-02-20 at the Wayback Machine, (de) Arxivləşdirilib 2009-02-26 at the Wayback Machine
- www.suomussalmi.fi