Suyun Formasi Film 2017 - Wikipedia
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı") fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri.
Suyun forması | |
---|---|
ing. The Shape of Water | |
Janr | fantastik, melodram |
Rejissor | Gilyermo del Toro |
Prodüser | Gilyermo del Toro |
Ssenari müəllifi | Gilyermo del Toro |
Baş rolda | Salli Hokins |
Operator | Dan Laustsen |
Bəstəkar | Aleksandr Despla |
İstehsalçı | Fox Searchlight Pictures |
Distribütor | Searchlight Pictures[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 31 avqust 2017[3], 18 yanvar 2018, 21 fevral 2018, 15 fevral 2018[4], 22 fevral 2018[5] |
Müddət | 123 dəqiqə |
Büdcə | $19,5 млн[1] |
Gəlir | $186 668 758[2] |
Ölkə | ABŞ |
Dillər | ingilis dili, rus dili[3], fransız dili[3] |
İl | 2017 |
Rəng | rəngli |
Çəkiliş yeri | Hamilton[6] |
IMDb | ID5580390 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
"Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb.
Məzmun
redaktəFilmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır.
Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir. Elayza və Zelda təsadüfən öyrənirlər ki bu gizli obyekt Amazon çayından tutulmuş amfibiya-adamdır. Amazon hindu qəbilələri ona tanrı kimi səcdə edirlərmiş. "Obyekt" üzərində tədqiqat aparan alimlər bu qorxunc, əcaib məxluqla heç bir ünsiyyət qura bilmirlər. Laboratoriyanın təhlükəsizlik üzrə rəhbəri polkovnik Riçard Striklend işlərin gedişatından bərk narazıdır və əcaib məxluqa işgəncələr verməkdə israrlıdır. Bu işgəncələrin nəticəsi olaraq polkovnik əl barmaqlarını itirməli olur. Belə ki, əcaib məxluq öz qollarının üzərində olan iti üzgəcləri ilə barmaqları kəsib qoparır. Elayza üzülmüş barmaqları tapır və onları polkovnikin əlinə, öz yerinə tikirlər (replantasiya edirlər). Amfibiya adamın saxlanıldığı laboratoriyanın təmizlik işlərinə baxan xadimə Elayza ilk dəfə bu əcaib məxluqa rast gəlir və onunla qeyri-adi bir formada, lal-kar işarələrinin, jest və mimikaların köməyi ilə ünsiyyət qura bilir. Elayza hər nahar fasiləsində öz yeməyini bu əcaib məxluqla bölüşür. Bu ünsiyyətdən laboratoriyada çalışan alim Robert Hoffstetler xəbərdar olur. Əsl adı Dmitri Mosenkov olan alim Robert Hoffstetler əslində sovet agentidir. O, amfibiya adam ilə Elayza arasındakı bu mülayim ünsiyyəti gizlincə müşahidə etməkdə davam edir. Bu olanlardan xəbər tutan general Frenk Hoyt əcaib məxluqun quruluşunu və daxili orqanlarını təftiş üçün yarılmasına qərar verir. Bundan xəbər tutan Elayza əcaib canlını xilas etmək üçün Cayls və rəfiqəsi Zeldanı çətinliklə razı sala bilir. Bu işdə onlara alim Robert Hoffstetler də qoşulur. Cayls yük maşınında saxta hazırladığı sənəd və vəsiqələrlə laboratoriyanın ərazisinə daxil olmağa müvəffəq olur. Zelda və Elayza əcaib məxluqu akvariumdan çıxararaq, yaş əskilərlə üstünü örtüb yük maşınının gözlədiyi qaraja çatdırırlar. Məxluq bir müddət Elayzanın mənzilində, vanna otağındakı vannada gizlədilir. Onlar yağışdan sonra kanal sularının okeana buraxılacağı günü gözləyirlər ki, bu kanal vasitəsilə amfibiya adamı okeana yola salsınlar. Bu arada Hoyt 36 saat ərzində məxluqun tapılmasına əmr verir. Hoyt sovet agenti olan Mosenkovu izləyir və onu görüşdüyü agentlə yaxalayır. Mosenkova işgəncə verib məxluqun yerini öyrənmək istəyir və onu öldürür. Sonra Hoyt Zeldanın mənzilində peyda olur. Təsadüfən Zeldanın birlikdə yaşadığı şəxs onları ələ vermiş olur. Elayzanın mənzilində Striklendin əlinə keçən təqvim vasitəsilə amfibiya adamın azadlığa buraxılacaq yer və zamanı təyin edir. Müəyyən edilmiş yerə yetişən Striklend Caylzı vuraraq huşsuz hala gətirir və Elayza ilə amfibiya adamı güllələyir. Lakin özünə gələn əcaib məxluq Striklandı öldürür və öz qeyri-adi gücü ilə Elayzı sağaldır və o da məxluq kimi qəlsəmələrlə nəfəs almağa başlayır. Filmin epiloqunda Caylzın dediyi kimi sonradan onlar birlikdə xoşbəxt həyat sürürlər.
Personajlar
redaktəPersonajlar | Aktyorlar |
---|---|
Elayza Espozito — gizli laboratoriyada işləyən lal xadimə | Salli Hokins |
polkovnik Riçard Striklend | Maykl Şennon |
Cayls — rəssam, Elayza Espozitonun qonşusu | Riçard Cenkins |
Zelda Dalila Fuller — Elayza Espozitonun iş yoldaşı və rəfiqəsi | Oktavia Spenser |
Amfibiya Adam — qeyri adi əcaib su məxluqu | Daq Cons |
Robert Hoffstetler/Dmitri Mosenkov — alim/sovet casusu | Maykl Stulbarq |
Eleyn Striklend — Riçard Striklendın arvadı | Loren Li Smit |
general Frenk Hoyt | Nik Sirsi |
Fleminq | Devit Hyülett |
Plagiyat iddiası
redaktəAmerikalı yazıçı Pol Zindel 1969-cu ildə qələmə almış olduğu "İzin ver pıçıltını eşidim" (ing. Let me hear you whisper) pyesi ilə eyni süjetə malik olduğuna görə Devid Zindel (yazıçının oğlu) Fox Searchlight Pictures kinostudiyasını ittiham etmişdir[7][8]:.
Bizi şoka salan odur ki, iri bir kinostudiya utanmadan mənim atamın motivləri əsasında onun adını qeyd etmədən və bizə müəllif hüququna görə müraciət belə etmədən film lentə almışdır. — Devid Zindel
Orijinal mətn (ing.)We are shocked that a major studio could make a film so obviously derived from my late father’s work without anyone recognizing it and coming to us for the rights[9]
Mükafatlar
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Tapley, Kristopher. "Spirit Awards: 'Call Me by Your Name,' 'Get Out' Soar, 'Shape of Water' Shunned Again". Variety. November 21, 2017. January 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 21, 2017.
- ↑ "The Shape of Water (2017)". Box Office Mojo. 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- ↑ 1 2 3 IMDb (ing.). 1990.
- ↑ Cineplex. 1996.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ http://www.imdb.com/title/tt5580390/locations?ref_=tt_dt_dt.
- ↑ "Oskara layiqi plagiyatda günahlandırırlar". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.
- ↑ "Exclusive: playwright's estate says The Shape of Water used his work without credit". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.
- ↑ "Exclusive: playwright's estate says The Shape of Water used his work without credit/ Devid Yindel". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.