Systema Naturae - Wikipedia
Systema Naturae (Latınca) İsveçli botanik, zooloq və həkim Carolus Linnaeusun (1707–1778) ən vacib əsərlərindən biridir və Linnaeus Taksonomiyasını təklif edir. Bu gün ikili adlandırma olaraq bilinən bu sistem, həqiqətdə Linnaeusdan 200 il əvvəl Gaspard və Johann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə də, Linnaeus bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən ilk insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası”
Systema Naturae | |
---|---|
Müəllif | Karl Linney |
Orijinalın dili | latın dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1735 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur. Linnaeus 1766 və 1768 arasında özünün sonuncu daha da inkişaf etdirilmiş 12-ci nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Johann Friedrich Gmelin tərəfindən 1788 - 1793 arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən iyirminci əsrin əvvəllərindən bəri eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir. Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 296-cı qanunu (26 oktyabr 1954) ilə Systema Naturae seriyasının 13-cü nəşri olaraq qəbul edilmişdir.