Tohfe Ezimova - Wikipedia
Töhfə Əzimova (6 fevral 1938, Bakı – 4 fevral 2003) – Azərbaycan-sovet kino aktrisası, pianoçu.
Töhfə Əzimova | |
---|---|
Doğum tarixi | 6 fevral 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 4 fevral 2003 (64 yaşında) |
Fəaliyyəti | aktrisa |
Həyatı
redaktəTöhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova 6 fevral 1938-ci ildə Bakıda doğulub. Əsl sənəti fortepiano müəlliməsi olub. Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə “Qızmar günəş altında” filminin çəkilişləri zamanı tanış olub. Cütlük 1958-ci ildə ailə həyatı qurub. Aktrisa kimi iki filmdə yaddaqalan obraz yaradıb: "Əhməd haradadır" filmində Leyla və "Qızmar günəş altında" Nərminə rolu.[1]
Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtoqəza keçirib və həlak olub.[2] Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib.
Töhfə Əzimova 4 fevral 2003-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilb.[3]
Filmoqrafiya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Töhfə Əzimova - Азербайджанская актриса". www.kino-teatr.ru (rus). 2024-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-08.
- ↑ "Aktrisalıqdan imtina etdi, həyat yoldaşını qəzada itirdi, ağır xəstəlikdən dünyasını dəyişdi - Kinomuzun Leylası". Kulis.az. 2024-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-08.
- ↑ Aktrisa Töhfə Əzimova