Tokme - Wikipedia
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir. Bu üsul bərkimə proseininə görə yuxarıdan tökməyə nisbətən daha yaxşı səthi parametrlərə malik töküklər verir.
Hal hazırda yarımfabrikat metal töküklərin hazırlanması üçün ən geniş yayılmış fasiləsiz tökmə üsuludur. Çubuq şəklində tökülən materialı nəzəri cəhətdən sonsuz uzunluqda almaq olur. Böyük uzunluqda çubuğu almaq üçün prosesi yuxarıdan aşağıya yox, maili şəkildə yerinə yetirirlər. Çünki birinci halda tökmə istehsalı yerləşən binanın hündürlüyü çox olar və əməliyyatı əlverişsiz edər. Ona görə də müasir fasiləsiz tökmə qurğularının yalnız bir hissəsi şaquli olur, yerdə qalan hissə isə qövs üzrə yerləşir. Tökmə zamanı maye metal kokilə daxil olduqda soyuma nəticəsində onun xaricində bərkimiş metaldan qabıq yaranır. Metal daimi hərəkətdə olduğundan soyuma müddəti kiçik olur və metal ilkin zonanı üzü bərkimiş şəkildə tərk edir. Sonrakı bərkimə diyircəklər arasında hərəkət zamanı baş verir. Alınmış metal çubuq lazım olan uzunluqda doğranır. Çoxlu sayda diyircəklərə malik müasir qurğularda diametri 500 mm-ə qədər olan məmulu hazırlamaq mümkündür. Bu üsulla alınan dəmir əsaslı töküklər hidravlika, təzyiq altında işləyən hissələrin hazırlanması üçün əvəzolunmaz materialdır.
Metalların qeyri metaldan hazırlanmış qəliblərə və kokillərə tökülməsi zamanı maye cərəyanının qanunauyğunluqlarına riayət etmək lazımdır. Qum qəliblərə tökmədə tökmə sistemi aşağıdakılardan ibarətdir: tökmə kasası, şaquli qidalandırıcı, posa, üfüqi qidalandırıcı. Bu hissələrin ölçülərinin təyini zamanı töküyün materialı, qəlibin stabilliyi və tökmə müddəti nəzərə alınmalıdır. Bu hesabatların kompyuterin köməyi ilə aparılmasına baxmayaraq, hələ də optimallaşdırma təcrübi yollarla əldə edilmiş biliklərsiz ötüşə bilmir. Töküklərin keyfiyyətinə artan tələbatlar onların hazırlanmasının qəlibin erroziyası zamanı ayrıla biləcək qeyri metal materiallardan həmçinin metallurji hazırlama zamanı əmələ gələn reaksiya məhsullarından azad olmasını tələb edir. Bunun üçün süzgəclərdən və xüsusi tökmə çalovlarından istifadə olunur. Müasir tökmə qurğularında tıxaclı çalovlardan da istifadə olunur.