Tulekuvan - Wikipedia
Tüləgüvan — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd.[1] Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kijəbə qəsəbə inzibati ərazi dairəsinə aiddir.[2] Dağlıq əraziyə malik olduğundan rayonun əsas subtropik bazasıdır. 1 kitabxana, 1 bələdiyyə, 1 tam orta məktəbi var. Kənddə 1446 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur.[2]
Tüləgüvan | |
---|---|
38°32′00″ şm. e. 48°46′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 170 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Coğrafiyası və iqlimi
redaktəKəndin ərazisindən Xəzər dənizi müşahidə olunur.
Tarixi
redaktəLənkəran ovalığındadır. Oykonim talış dilindəki, tül/til (gil), kü (dağ), van (yaşayış məskəni) komponentlərindən düzəlib (-ə mənsubiyyət bildirir), "gilli dağda yaşayış yeri" mənasını verir.
Coğrafi ad Tül (til) talış dilində "gil", "ə" birləşdirici sait, ku "dağ", van isə "yaşayış məskəni" deməkdir.[3]
Əhalisi
redaktə22 noyabr 2012-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Q. Ağayevin kənddə əhali ilə görüşündə ərazi nümayəndəsi Rafael Babayevin verdiyi məlumata əsasən, kəndin 344 təsərrüfatında 1446 nəfər əhali yaşayır.[4]
Tanınmış şəxslər
redaktə- Ömər Əliyev (1900–2004) — uzunömürlü, Böyük Vətən Müharibəsi iştirakçısı, xeyriyyəçi.
- Cəbrayıl Osmanov (1936–) — rabitə veteranı.
Memarlıq abidələri
redaktəDəmir dövrünə aid Koraoba kəndindəki "Koraoba daş qutu nekropolu"nu və s. göstərmək olar.
Təhsil
redaktəKənddə Qarabağ müharibəsi şəhidi Xanlar Şəkərovun adını daşıyan tam orta məktəb vardır(əvvəlki adı: Koraoba kənd orta məktəbi). Məktəb 1963-cü ildə, kəndin sakini Ömər Əliyevin başlıca təşəbbüsü ilə tikilmişdir və üç sinifdən ibarət olmuşdur. Hal hazırda məktəbin yeni korpusu fəaliyyət göstərir.
Məktəbin tikilmə tarixi
Kənd ağsaqqalı və xeyriyyəçisi Ömər Əliyev, o zamankı "Lenin adına Sovxoz"da fəhlə və eyni zamanda sitrus meyvələri sahələrində qaravulçu işləyir. Kənddə məktəb olmadığından, hər gün öz və himayəsində olan uşaqlarını kənddən bir neçə kilometr uzaqda yerləşən başqa bir kəndin (Burzuband) məktəbinə aparır və bir neçə dəfə işə gecikir. Bir gün sovxoz sərdi ondan nə üçün işə gecikdiyini soruşduqda o, bu məslənin həllini, Tüləküvan (əvvəlki Koraoba) kəndində məktəbin tikilməsində gördüyünü deyir və uşaqların yaxınlıqda təhsil ala bilməsi üçün kənddə məktəb binasının vacibliyini qeyd edir. Çox keçməmiş, 1963-cü ildə kənddə məktəb tikintisinə başlanılır və məktəbin inşasında şəxsən Ömər Əliyev heç bir təmənna ummadan çalışır.[5][6][7]
İqtisadiyyat
redaktəƏhalinin əsas məşğuliyyəti sitrusçuluqdur. Bundan başqa heyvandarlıq və arıçılıq da inkişaf etdirilmişdir. Rayonun əsas subtropik bazası hesab olunur.
Nəqiliyyat
redaktəKəndi Qəcimardə-Tüləgüvan-Ojakəran dairəvi yolu əhatə edir.
Dini
redaktəKənd əhalisi islam dininə sitayiş edir.
Mənbə
redaktə- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.250.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ 1 2 Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti. "Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Tüləgüvan kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur" (az.). astara-ih.gov.az. 23.11.2012. 2022-04-01 tarixində arxivləşdirilib.
- ↑ Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- ↑ "Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Tüləgüvan kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur" (az.). 23 noyabr 2012. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021.
- ↑ Bəxtiyarqızı, Nərmin. ""Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir..."" (az.). 6 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021. (#redundant_parameters); (#invalid_param_val)
- ↑ Nərmin Bəxtiyarqızı. "Bir çox rayonlarda ilk telefon ATS-lərini qurmuşam – Veteran rabitəçi Fəzail Əliyev" (az.). Azpost.info. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2021. (#invalid_param_val)
- ↑ Bəxtiyarqızı, Nərmin. "Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir... - Fəzail Əliyev". avrasiya.net (Müsahibə) (az.). 6 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021. (#redundant_parameters); (#invalid_param_val)
Astara rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |