Tulpan Agaci - Wikipedia
Tülpan ağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tülpan ağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması:
redaktəTəbii halda Şimali Amerikada yayılmışdır.
Botaniki təsviri:
redaktəHündürlüyü 20-30 m, eni 20-24 m, gövdəsinin diametri 50 sm olan, şaxələnmiş, yumru çətirli ağacdır. Yarpaqların uzunluğu 8-22 sm, eni 6-25 sm-dir. Yarpaqların üstü parlaq yaşıl, payızda isə sarımtıl rəng alır. Tumurcuqları iri, küt, 2 qabıqlıdır. Çiçəkləri ikicinsli, görünüşünə görə tülpanın çiçəklərinə bənzəyir, tək, diametri 3-10 sm, yaşılımtıl-sarıdır. Çiçək yanlığının 9 xırda yarpağı vardır, onlardan üçü üstdə, yumurtavari-neştərvari, yaşılımtıl-ağ, tez tökülən kasayarpaqlı və altı enli-yumurtavari, açıq yaşıl, içəridə ləçəkləri yerləşir. Çiçəkləri zəif xiyar ətirlidir. Erkəkcikləri və dişicikləri sünbülün ətrafında spiral şəklində yerləşir; erkəkcikləri tökülür, dişicikləri isə qanadcıq formasında olur. Çiçəkləməsi iqlim şəraitindən asılı olaraq apreldən iyuna qədər davam edir. Meyvəsi qozatəhər çıxıntıdan ibarətdir. Bu çıxıntı uzunluğu 4-9 sm olan, dörd hissəli toxumlu, bir və ya iki qanadcıqdan ibarətdir. Bitki 100-200 il yaşayır.
Ekologiyası:
redaktəİşıq və istisevəndir, kölgələnməyə dözür, hər hansı torpaqda bitir, quraqlığa, küləyə və soyuğa davamlıdır, çox nəmişliyi sevmir.
Azərbaycanda yayılması:
redaktəZaqatala, Gəncə, Bərdə və Xaçmazda təsadüf edilir.
İstifadəsi:
redaktəÇətiri, yarpaqları, çiçəkləri, gövdəsi və meyvələri bitkiyə çox dekorativ görünüş verir. Yaşıllıqlarda istifadə üçün çox yararlıdır. Hətta çiçəkləmədikdə belə qeyri-adi gözəl yarpaqları ilə seçilir.
Ədəbiyyat
redaktə- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 535.