Turk Bogazlari - Wikipedia
Türk boğazları ― Mərmərə dənizini Egey dənizi və Qara dəniz ilə bağlayan iki boğaz.
Türkiyənin şimal qərbində yerləşən bu boğazlar (Bosfor və Çanaqqala) Avropa və Asiya qitələri arasında sərhəd sayılır.
Bosfor boğazı
redaktəİstanbul Boğazı və ya Bosfor boğazı Mərmərə dənizini şimal-şərq tərəfdən Qara dənizlə əlaqələndirir. Boğazın uzunluğu təxminən 30 km, eni isə 700 metrdir. İstanbulu Asiya və Avropa tərəflərinə ayırır. Bu qurular arasında əlaqə boğazın üstündə inşa olunmuş üç asma körpü (15 iyul Şəhidlər Körpüsü, Fateh Sultan Mehmet körpüsü, Yavuz Sultan Səlim körpüsü) və boğazın altından keçən bir Marmaray dəmir yolu keçidi və Avrasiya tuneli avtomobil yolu keçidi ilə təmin olunur.
Çanaqqala boğazı
redaktəÇanaqqala boğazı və ya Dardanel boğazı Mərmərə dənizini cənub-qərb tərəfdən Egey dənizi ilə əlaqələndirir. Boğazın uzunluğu 68 km, eni isə 1.2 km-dir. Çanaqqala boğazı Türkiyənin Çanaqqala şəhəri yaxınlığında yerləşir. I Dünya müharibəsində Çanaqqala döyüşü bu ərazilərdə baş tutmuşdur. Boğazın ayırdığı quru sahələrini əlaqələndirmək üçün üzərində inşa olunmuş Çanaqqala 1915 körpüsü 2022-ci ilin 18 martında istifadəyə verilmişdir. Bu, dünyanın ən uzun orta məsafəli asma körpüsüdür.[1]
İstinadlar
redaktə- ↑ ""1915 Çanaqqala" körpüsü bu gün istifadəyə verilir". TRT Azərbaycan.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |