Turk Briqadasi - Wikipedia
Türk briqadası (kod adı Şimal Ulduzu, ing. North Star, türk. Şimal Yıldızı[2] və yaxud Qütb Ulduzu[3]) — Koreya müharibəsində 1950–1953-cü illərdə BMT qüvvələrinin tərkibində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin piyada briqadası. ABŞ Ordusunun 25-ci diviziyasının tabeliyində olmuş və bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Xüsusən Kunu-ri döyüşündə göstərdikləri şücaətə görə ABŞ və Cənubi Koreya hökumətləri tərəfindən təşəkkürə layiq görülmüşdülər.[4] Türk briqadası müharibə ərzində döyüş qabiliyyəti, cəsur müdafiə, vəzifəyə sadiqliyi və şücaəti ilə şöhrət qazanmışdı.
Türk briqadası | |
---|---|
Koreya Türk briqadası | |
Növü | piyada |
Yaranma tarixi | 1950–1960 |
Ölkə | Türkiyə |
Tabedir | BMT |
Daxildir | 25-ci piyada diviziyası (ABŞ) |
Tərkibi | Briqada |
Sayı | 14,936 (münaqişə müddəti ərzində)[1] |
Ləqəbi | Şimal Ulduzu və ya Qütb Ulduzu |
Müharibələr | Koreya müharibəsi |
Döyüşlər | Ponmeyn döyüşü |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Məşhur komandirləri |
Briqada generalı Tahsin Yazıcı (1950-ci il 16 noyabr-1951-ci il) Briqada generalı Namık Argüç (1951-ci il 17 noyabr-1952-ci il 20 avqust) Əməliyyat rəisi: Faik Türün |
Vikianbarda əlaqəli mediafayllar |
II Dünya Müharibəsi bitsə də, ondan sonra yeni müharibə Soyuq Müharibə başlamışdı. Soyuq Müharibə dünyanın iki qütbə bölən SSRİ və ABŞ arasında gedirdi. Hər iki tərəf bu müharibədə özünə yeni müttəfiqlər axtarırdı. Belə yeni müttəfiqlərdən də biri Türkiyə ola bilərdi. II Dünya müharibəsi dövründə bitərəf qalan Türkiyə müharibədən sonrakı dövrdə beynəlxalq mühitdə tək qalmışdı. Özünə yeni müttəfiqlər axtaran ABŞ Türkiyəni öz tərəfinə çəkmək istəyirdi. Gələcək SSRİ təcavüzündən qorunmaq üçün Türkiyə də bu müttəfiqlikdə maraqlı idi. Beləliklə, Türkiyə Qərb bloku və ABŞ-yə yaxınlaşmağa başladı. Türkiyə Şimali Atlantika İttifaqı NATO-ya girişini sürətləndirmək üçün Koreya müharibəsinə əsgər göndərməyə razılaşdı.
Türkiyə Cümhuriyyəti əvvəlcə Koreyaya topçu taboru ilə gücləndirilmiş bir piyada alayı göndərməyi düşünürdü, lakin sonradan alayın briqada səviyyəsinə qədər artırılması qərarı verildi. Koreyaya göndərilən Briqada üç piyada taborundan, topçu batalyonundan və köməkçi bölmələrdən ibarət olmaqla ümumilikdə 5 min nəfərdən ibarət şəxsi heyətə malik idi. Briqadaya general Tahsin Yazıcı komandanlıq edirdi. Ankarada qurulan briqada dəmir yolu ilə İskəndəruna gəldikdən sonra, ABŞ-nin ayırdığı gəmilərlə Koreyanın Pusan limanına yola düşdü. Türk briqadası Koreyada ABŞ hərbi ləvazimatlarla təchiz edildi. 1950-ci il noyabrın 10-da Briqada cəbhəyə göndərildi. Əvvəlcə Seuldan 60–100 km şimalda bölgənin təhlükəsizliyini təmin edən Briqada daha sonra Kunu-ri bölgəsinə aparıldı. Türk hərbi kontingenti ABŞ 8-ci Ordusunun ehtiyatına təyin edilsə də, 1950-ci ilin noyabrında Çinin iri həcmli hücumundan sonra cəbhə xəttinin yarılması ilə türk əsgərləri döyüşlərin mərkəzinə düşdü. Ümumilikdə Briqada 1950-ci ilin noyabrından 1953-cü ilin iyuluna qədər Kunu-ri, Kumancan-Ni, Çxorvon, Veqas döyüşlərində iştirak etmişdir. Müharibədə olduğu üç il ərzində Briqadada ümumilikdə 14.936 şəxs xidmət etmişdir. Briqadanın itkiləri ümumilikdə 721 şəhid, 2111 yaralı və 168 itkin olmuşdur.
Briqadanın üçüncü xidməti ilində 1953-cü ildə Koreya Sülh Müqaviləsi imzalandı. Bundan sonra, Türkiyə hərbi qüvvələri Birləşmiş Millətlər Təşkilatının razılaşmalarına uyğun olaraq tam briqada səviyyəsində daha yeddi il Koreyada davam etdirdi. Türkiyə Cümhuriyyətinin yeddinci Prezidenti Kənan Evrən 1958-ci ildən 1959-cu ilə qədər bu Briqadada xidmət etmişdir. Türkiyənin məşhur yazıçısı, dramaturqu və köşə yazarı Rəfiq Ərduranda könüllü olaraq Briqada da tərcüməçi kimi xidmət keçmişdir.[5]
Türk briqadası 1971-ci ildə Koreya yarımadasından geri çağırılmışdır.
Tarixi
redaktəİkinci Dünya müharibəsinin bitməsi və Soyuq müharibənin başlaması ilə Türkiyə beynəlxalq mühitdə tək qalmışdı. Türkiyə İkinci Dünya müharibəsi dövründə bitərəf qalaraq, Almaniyaya qarşı neytralığını qorumuşdu. Ancaq müharibədən sonra Türkiyə SSRİ-nin Şərqi Anadolu bölgəsinə və boğazlarda baza və ortaq müdafiə tələbləri ilə qarşı qarşıya qaldı. Belə şəraitdə Türkiyə Sovet İttifaqının təhdidinə qarşı müttəfiq axtarmağa başlayır, Qərb bloku və ABŞ-la ortaq məxrəcə gəlməyə çalışır.
Türkiyə NATO-ya girişini sürətləndirmək üçün Koreya müharibəsinə əsgər göndərmək məcburiyyətində qalmışdı. Xüsusilə bu davranış sol qüvvələr tərəfindən tənqid olunaraq "gənc türklərin qanı bahasına Amerikaya satılmaq" adlandırılmışdı. Bundan sonra Türkiyə ilə Qərb Bloku arasında yaxınlaşdırmanı sürətləndirmiş və Türkiyə 18 fevral 1952-ci il tarixində NATO üzvülüyünə qəbul edilmişdi.
Təşkili
redaktə1950-ci il iyunun 27-də BMT-nin 83 saylı qətnaməsi qəbul edildi. Bu qətnaməyə əsasən Cənubi Koreyaya ərazisinə hücum edərək, işğal edən KXDR qoşunlarına qarşı cənuba hərbi yardım göstərilməli idi. Türkiyə, ABŞ-dən sonra bu qətnaməyə əməl edən ikinci ölkə oldu. İyulun 25-də Adnan Menderes hökuməti Koreyaya türk hərbçiləri göndərməyə hazır olduğunu açıqladı. Ardınca Türkiyə hökuməti Koreyaya 5.000 nəfərlik briqada göndərməyə qərar verdi. Yeni yaradılmış hərbi bölmə üç piyada taborundan, topçu batalyonundan və köməkçi bölmələrdən ibarət idi.[6]
Xidmət tarixi
redaktəMüharibədə hər il bir-birini əvəz edən Türkiyə silahlı qüvvələrinin üç fərqli briqadası iştirak edirdi. Koreyaya gedən ilk Türk briqadasının əsasını Ankara yaxınlığında Ayaş mahalında yerləşən 241-ci Piyada Alayı təşkil etdi. Briqadanın tərkibi ilk dövrlər könüllülərlə komplektləşdirilmişdi. Könüllülər arasından seçilən bu briqada 259 zabit, 18 hərbi zabit, 4 dövlət qulluqçusu, 395 xırda zabit, 4414 əsgər olmaqla 5090 nəfərdən ibarət idi.[7]
Briqadaya Birinci Dünya müharibəsi veteranı briqada generalı Tahsin Yazıcı komandanlıq edirdi. Buna görə hətta Yazıçı rütbəsinin aşağı salınmasına da razı oldu. Tahsin Yazıçı Çanaqqala müharibəsində birinci briqadaya komandirlik etmişdi.[8]
Türkiyə hərbi qüvvələrinin ilk birlikləri Busana 1950-ci il oktyabrın 12-də, əsas qüvvələr isə beş gün sonra gəldi. Bütün bölmələr dəniz yolu ilə İskəndərun limanından göndərilmişdi. Briqada Tequ yaxınlığında düşərgə qurdu və ABŞ Ordusunun 25-ci Piyada Diviziyasının tərkibinə daxil oldu.
Türk əsgərlərinin əksəriyyəti Türkiyənin şərqindəki kiçik şəhər və kəndlərdən idi. Onların əksəriyyəti ilk dəfə yalnız ölkəni deyil, həm də doğma yerlərini tərk edirdilər. Bundan əlavə, onlar burada ilk dəfə qeyri-müsəlmanlarla tanış oldular. Sözsüz ki, türklərlə amerikalılar arasında çox böyük mədəni və dini fərqlər var idi. ABŞ komandanlığı bu amilləri və həmçinin dil əngəllərini nəzərə almamışdı. Bu da ümumi hərəkətləri koordinasiya etməkdə çətinlik yaradırdı.[9] Qeyri-ənənəvi yemək də türk əsgərlərinin çətinliklərini daha da artırırdı. Belə ki, donuz əti olan Amerika yeməkləri türk əsgərləri üçün qəbuledilməz idi. Nəticədə, xüsusilə onlar üçün bir yapon aşpaz işə götürüldü. Əsgərlərin qeyri-adi görünüşü — uzun bığ və xəncərlər də çox diqqət çəkirdi.
Briqada bir illik xidmət müddətindən sonra tam hazırlıqlı vəziyyətə gəldi. Briqadanın üçüncü xidməti ilində 1953-cü ildə Koreya Sülh Müqaviləsi imzalandı. Bundan sonra, Türkiyə hərbi qüvvələri Birləşmiş Millətlər Təşkilatının razılaşmalarına uyğun olaraq tam briqada səviyyəsində daha yeddi il Koreyada davam etdirdi. Türkiyə Cümhuriyyətinin yeddinci Prezidenti Kənan Evrən 1958-ci ildən 1959-cu ilə qədər bu Briqadada xidmət etmişdir.[10] Türkiyəli məşhurlardan yazıçı, dramaturq və köşə yazarı Rəfiq Ərduranda müharibə dövründə könüllü olaraq Briqada da tərcüməçi kimi xidmət etmişdir.[5]
Türk birliklərinə amerikalı zabitlər təhkim olunmuşdu, lakin onların səyləri də əsgərlər arasında qarşılıqlı əlaqə yaratmaq üçün yetərli deyildi. General Yazıcı da ingilis dilində danışmırdı və amerikalılar buna fikir vermirdilər. Əvvəlcə əhəmiyyətsiz görünən problem, birbaşa hərbi əməliyyatların başlaması ilə kəskin şəkildə özünü büruzə verdi.
Birləşmiş Millətlər Qüvvələri Baş Komandanı General Duqlas Makartur Türk briqadasının müharibədə iştirakı barədə yazırdı: "Koreyadakı hərbi vəziyyəti bütün Amerika ictimaiyyəti narahatlıqla izləyirdi. Ancaq bu narahat günlərdə türklərin göstərdiyi qəhrəmanlıq Amerika millətinə ümid verdi və onlara cəsarət aşıladı. Amerika ictimaiyyəti Türk briqadası tərəfindən göstərilən xidmətlərin dəyərini tamamilə qiymətləndirir və bunlar sayəsində Səkkizinci Amerika Ordusunun dağınıq şəkildə geri çəkilə biləcəyini bilir. Amerika ictimaiyyəti Koreyadakı Birləşmiş Millətlər Qüvvələrinin mühasirəyə düşərək kommunistlərin əlinə keçməkdən xilas olduğunu türklərin göstərdiyi qəhrəmanlıqla bağlı olduğunu başa düşür".[11]
Keçirdiyi döyüşlər
redaktəTürk hərbi kontingenti ABŞ 8-ci Ordusunun ehtiyatına təyin edilsə də, 1950-ci ilin noyabrında Çinin iri həcmli hücumundan sonra cəbhə xəttinin yarılması ilə türk əsgərlərinin döyüşlərin mərkəzinə düşməsinə səbəb oldu.
Türk qoşunları 1950-ci ilin noyabrından 1953-cü ilin iyuluna qədər aşağıdakı döyüşlərdə iştirak etmişdi:
- Kunu-ri döyüşü (1950-ci il noyabr-dekabr)[12]
- Kumancan-Ni döyüşü (1951-ci il yanvar)[13]
- Çxorvon diversiya əməliyyatı — Seul, Taegyewonninin müdafiəsi, Bakhar-Kumhvaya hücum (1951-ci il 22 – 23 aprel)
- Möhkəmləndirilmiş Veqas məntəqəsi uğrunda döyüş (1953-cü il 25 – 29 may)
1950-ci il noyabrın 26-da ROK-un (Cənubi Koreya) 6-cı və 7-ci diviziyası Tokçondan geri çəkilərkən türklər koreyalıları çinlilərlə səhv salaraq onların ön sütununun üzərinə hücum etdilər. Koreyalılara hücum edən Vavona gələn ilk türk taboru idi. Türklər koreyalıların bir hissəsini öldürüb yüz iyirmi beş nəfərini isə əsir götürdülər. Səhv kəşfiyyat məlumatları səbəbindən türklər yolda Çin qüvvələri ilə qarşılaşacaqlarını gözləyirdilər.[14] Bu hadisə Amerika və Avropa mediasında səhv olaraq türklərin çinlilər üzərində qazandığı qələbə kimi tirajlandı. Amerikalılara həqiqət barədə xəbərlər sızdırıldıqdan sonra da KİV-lər tərəfindən bu səhvi düzəltmək üçün heç bir səy göstərilmədi.[15][16][17] Ertəsi gün noyabrın 27-də Vavonun şərqində türklərin irəlidə gedən bir dəstəsi çinlilər tərəfindən pusquya salındı.[18] Pusquya düşən türklər məğlubiyyətə uğradıldı. Bu tüklərin ağır itkilər verməsinə səbəb oldu. Pusqudan sağ çıxan türk bölməsinin əsgərləri ertəsi gün Vavon yolunun şimalında və şimal-qərbində Amerika 38-ci Piyada Diviziyasının mövqelərinə çatdılar.[19] Keçon və Kunu-ri bölgələrində, eləcə də Tokçon-Kunu-ri yolunda çox sayda Çin qüvvəsi ilə döyüşlərdə türklər texnika, nəqliyyat vasitələrinin və topçu silahlarının çoxunu itirdilər. Üstəlik briqada ölən və yaralılar daxil 1000-ə qədər itki verdilər.[20] Türk briqadası Çin ordusunun tam mühasirəsinə düşsə də, çinlilərin tələsindən çıxmağı bacardılar. Türklər mühasirəni yarıb ABŞ 2-ci Piyada Diviziyasına qoşula bildilər.[21] Çin əsgərləri türklərin güclü müqaviməti ilə qarşılaşdığından, onların irəliləməsi səngidi. Beləliklə, türklərin çinliləri durdurması BMT qüvvələrinin daha çox itki vermədən geri çəkilməsinə və dekabrda yenidən toparlanmasına kömək etdi.[21] Vuvon döyüşündən sonra Türk briqadası Cənubi Koreya qoşunlarının II Korpusuna kömək üçün göndərildi.[22] 1950-ci ilin dekabr ayında general Tahsin Yazıcı və tabeliyində olan on beş türk zabiti və şəxsi heyət üzvü Vuvon döyüşü əsnasında çinlilərə qarşı göstərdikləri şücaətə görə general Volton Volker tərəfindən "Gümüş Ulduz" və "Bürünc Ulduz" medalları ilə təltif olundular.[23]
Türk briqadası əvvəllər heç vaxt xarici torpaqlarda döyüşməmişdi. Onlar noyabrın 28-də Vuvon döyüşündə çinlilərlə intensiv əlbəyaxa döyüşə girmişdilər. BMT mandatı ordunun komandanlığı ABŞ 8-ci Ordusunun mühasirəyə düşməməsini Türk briqadası tərəfindən çinlilərin üç gün ərzində saxlamaları ilə əlaqələndirirlər.[24] Noyabrın 29-da türklər çinlilər tərəfindən Sinnimnidən çıxarıldı. Onlar dağınıq şəkildə Pxenmeyn və Kunu-riyə geri çəkilmək məcburiyyətində qaldılar.[25] Türk briqadasının komandiri general Tahsin Yazıcı Vuvon döyüşü zamanı döyüşçülərinə müraciət edərək onları döyüşə ruhlandırmışdır:
Niyə görə geri çəkilirik? Çinlilər öldürürük![26] |
Ponmeyn döyüşü
redaktəÇinlilərin Ponmeyndə türkləri məğlub etməsilə, türklər geri çəkildilər. Onların geri çəkilməsi isə amerikalıların 38-ci piyada qoşununun sağ cinahını müdafiəsiz qoydu. Dağınıq geri çəkilən türklər Corc B. Peploenin əmrinə uyğun 1-ci tabora polkovnik 38-ci piyada qoşunun cinahında yerlərini tutmasını dayandırdı.[27] Kley Bleyr qeyd edirdi ki, əslində, 8-ci Ordunun, türklərin geri çəkilməsinə görə sağ cinahında tamamilə müdafiəsiz qaldığını iddi edirdi, lakin çinli həm də amerika mənbələri təmamilə əksini bildirir. Amerikalı polkovnik Pol Friman, türklərin "vəziyyətə baxdıqlarını", "bunun üçün səbrləri olmadığını və qaçdıqlarını" söyləyirdi,[28][29][30] amma buna baxmayaraq Friman öz alayına geri çəkilmək əmri vermiş və bununla da ABŞ-nin 2-ci Piyada Diviziyasının arxasını Çin hücumuna açıq qoymuşdur.[31] Bununla yanaşı, tarixçi Bevin Aleksandr Türk briqadasının Vuvon və Kunu-ri arasında mövcud olan yeganə BMT qüvvəsi olduğunu nəzərə alaraq, çinlilərin ABŞ 2-ci Piyada Diviziyasından əvvəl Kunu-rini tuta bilməməsinin, türklərin qarşısına qoyulduğu əsas vəzifəsini yerinə yetirdiklərini və ABŞ 9-cu korpusunun geri çəkilməni uğurla təmin etdiklərini bildirir.[32] Çin mənbələrinə görə az saylı türk qüvvələrinin inadkar müqaviməti o qədər gözlənilməz olmuşdu ki, bu səbəbdən türklərlə döyüşdə sıxılıb qalmış 342-ci alayın mühasirədən çıxarılması üçün 340-cı alayı dəstək üçün çağırmalı olmuşdular.[33]
Briqadanın ən ağır və böyük döyüşü 1950-ci ilin sonlarında baş verən Kunu-ri döyüşüdür. Əslində bu döyüş 26 noyabr — 6 dekabr 1950-ci il tarixinədək davam edən dörd döyüş seriyasından ibarət olmuşdur: 28 noyabrda Vuvon, 28 – 29 noyabrda Sinnimni, 29 – 30 noyabrda Kunuri dərəsi və 30 noyabrda Suçon dərəsi döyüşləri.[34] Bu döyüşdə briqadadan 218 nəfər öldürülmüş və 455 nəfər yaralanmış və 100-ə yaxın əsir düşmüşdü. Kunuridə briqada heyətinin 15%-dən çoxunu və texnikasının 70%-ni itirmışdi.[35]
Birleşmiş Millətlər Təşkilatının mandatındakı digər qüvvələri ilə birlikdə Türk briqadası, 1950-ci ilin noyabr döyüşlərində yorulub tükəndikdən sonra "istirahət və bərpa"ya ehtiyacı olan bölmələrdən biri olaraq qeyd edilmişdi.[36]
1951-ci il yanvarın 25–26-sında Kumyanqcanq-Ni döyüşündə özündən üç qat çox Çin və Şimali Koreya qüvvələrinəə qarşı döyüşərək sona qədər dirəniş göstərərək darmadağın olunmasına baxmayaraq, Türk briqadasının şəxsi heyəti mükafatsız qalmadı. ABŞ hökuməti onların bu qəhrəmanlığını layiqincə qiymətləndirdi.[37][38][39][40] ABŞ prezidenti Harri Trumen 11 iyul 1951-ci il tarixində Türk briqadasına xüsusi təşəkkür elan edən sənədi (indiki prezident təşəkkürnaməsi) imzaladı.[41][42] Briqada Koreya Prezidentindən "Prezident təşəkkürnaməsi" də aldı.[43]
Briqadanın heyəti
redaktəTürk Silahlı Qüvvələri Komandanlığı (TSQK) dəstək topçuları və mühəndisləri ilə birlikdə üç piyada taborundan ibarət olan bir alay döyüş komandası təşkil edirdi. Üç taborun komandiri mayor İmadettin Kuranel, mayor Mithat Ulunu və mayor Lütfü Bilgon idi. Bu Koreya müharibəsi boyunca bir ABŞ hərbi bölməsinə daimi olaraq bağlı olan BMT mandatlı yeganə briqada idi.
Koreyadakı Türk kontingenti aşağıdakı bölmələri əhatə edirdi:
- üç tabordan ibarət olan 241-ci Piyada Alayı. Alay komandiri polkovnik Celal Dora, alay ləğv edildikdən sonra Briqada Komandirinin müavini olmuşdur.
- motorlu artilleriya taboru (hər biri 105 mm-lik haubitsadan ibarət üç batareya);
- təhcizat taboru;
- hava müdafiə batareyası;
- nəqliyyat taboru;
- rabitə bölüyü;
- tank əleyhinə bölük;
- tibb bölüyü.
Növbə dəyişdirilməsi
redaktəTürk briqadasının birinci heyəti 1951-ci il noyabrın 26-na qədər Koreyada qaldı. Sonra o, 2-ci Əməliyyat Briqadası ilə əvəz olundu. Noyabrın 17-də general-mayor Tahsin Yazıcı vəzifəsini general Namık Argüçə təhvil verdi. 9 iyun tarixində İzmir limanından yola düşən 3-cü Əməliyyat Briqadası bu vəzifəni 1952-ci il avqustun 20-nə qədər yerinə yetirdi. 4-cü dəyişiklik Briqadası isə 1953-cü il iyulun 6-da döyüş növbəsini qəbul etmışdir.
1960-cı ildə Briqadanın şəxsi heyəti 200 nəfərə qədər azaldıldı. 1965-ci ildə isə heyəti bir bölük səviyyəsinə düşdü. 1971-ci ildə Briqada Koreya yarımadasından bütün heyətlə geri çağırıldı.
Rəhbərliyi
redaktəBriqadanın ilk komandanı Birinci Dünya müharibəsi veteranı briqada generalı Tahsin Yazıcı olmuşdur. Tahsin Yazıcı 1950-ci il 16 noyabr-1951-ci i ərzində briqadanın komandiri vəzifəsini yerinə yetirmişdir. Ondan sonra Briqadaya briqada generalı Namık Argüç rəhbərlik etmişdir. O bu vəzifədə 1951-ci il 17 noyabrdan, 1952-ci il 20 avqusta qədər xidmət çəkmişdir. Komandanın müavinləri vəzifəsini isə polkovnik Cəlal Dora (1950-ci il 16 noyabr — 1951-ci il) və polkovnik Nuri Pamir (17 noyabr 1951 – 5 iyun 1952-ci il) yerinə yetirmişdilər. Onlardan polkovnik Nuri Pamir döyüşlərdə həlak olmuşdur. Bunlardan əlavə briqadanın əməliyyat rəisi gələcək general Faik Türün idi.
Briqadanın itkiləri
redaktəKoreyadakı Türk briqadasının itkiləri ümumilikdə 721 şəhid, 2111 yaralı və 168 itkin olmuşdur.[4] İtkilər arasında ABŞ B-26-nı idarə edən və dəmir yollarını bombalayarkən Vonç Anq üzərində vurulan tək türk pilot Muzaffer Erdönmez də var.[47] 1950–1953-cü illər arasında[1] briqadada cəmi 14.936 şəxs xidmət etmişdir, hər dəfə daimi olaraq Koreyada 5.455 əsgər və zabit olmuşdur.[48] Cənubi Koreyanın Busan şəhərindəki Birləşmiş Millətlər Təşkilatının Memorial Qəbiristanlığında 462 nəfər türk əsgəri dəfn olunmuşdur.[49] Həlak olan əsgər və kiçik zabit heyəti ilə yanaşı, yüksək çinli zabitlərdə döyüşlərdə şəhid olmuşdular. Bunların arasında Briqada komandirinin müavini polkovnik Nuri Pamir, 241-ci Piyada Alayının 2-ci taborunun komandiri mayor Miktat Uluünlü və 3-cü taborun komandiri mayor Lütfi Bilgin vardır.
Memorial Qəbiristanlıqda türk əsgərlərinə aid iki abidə var.[50][51]
Koreyalıların türklərə münasibəti
redaktəMüharibə dövründə yerli koreyalıların türklərə münasibəti müsbət olmuşdur. ABŞ ordusundan fərqli olaraq, türk hərbçiləri tərəfindən yerli əhaliyə qarşı heç bir neqativ münasibət qeydə alınmamışdır.
Türk briqadası Koreyada olduğu müddətdə kimsəsiz uşaqlar üçün məktəb açmış və ailəsini itirənlərə qayğı göstərmişdir. Türklərin bu humanist hərəkətləri yerli koreyalılar arasında tarixdə ilk dəfə İslam dinin qəbul edilməsinə rəvac vermişdir.[52]
Mədəniyyətdə
redaktə1954-cü ildə Türk əsgərlərinin Koreya müharibəsindəki iştirakına həsr olunmuş "Yimal Yıldızı" türk filmi ekranlara çıxdı. Filmin rejissoru Atif Yılmaz olmuş, baş rolda isə Ayxan İşık çəkilmişdi.[53]
Türk briqadası Vəhdət kilsəsi tərəfindən maliyyələşdirilən 1982-ci ildə çəkilən "İnçxon" filmində də yer almışdır. Burada Türk briqadasının İnçxon Döyüşündə iştirak etdiyini qeyri-dəqiq şəkildə təsvir edir (əslində briqada döyüşdən bir ay sonra gəlmişdi). Filmdə briqada komandiri rolunu Qabriele Ferzetti oynayır.
Türkiyənin 7-ci Prezidenti Kənan Evrən 1958–1959-cu illərdə Koreyadakı Türk briqadasında xidmət etmişdi.
2017-ci ildə rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan "Ayla: Müharibənin qızı" filmi nümayiş etdirildi. Film real hadisə əsasında Türk briqadasının iştirakı ilə Koreya müharibəsi epizodlarından birinə həsr edilmişdi. 4 mart 2018-ci il tarixində keçiriləcək 90-cı Oskar mükafatının "Əcnəbi dildə olan ən yaxşı film" nominasiyasına filmin namizədliyi irəli sürülsə də, lakin sonda film qısa siyahıya düşə bilməmişdir.[54][55] Filmin qəhrəmanları Türk briqadasının çavuşu ilə balaca qız müharibə bitdikdən altmış il sonra Türkiyədə bir araya gəlmişdilər.[56]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Timmons, Robert. "Allies To Honor Each Nation's Korean War Veterans". 2007-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-15.
- ↑ Şimal Yıldızı Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine, Rahim Er, 21 September 2009, Türkiye
- ↑ Kutup Yıldızı – Kore Savaşı'nın 50. Yıldönümü ("North Star: the 50th Anniversary of the Korean War", TRT İzmir, Director: Ismail Ragıp Geçmen, 2000)
- ↑ 1 2 Evanhoe, Ed. "The Turkish Brigade". 2008-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-29.
- ↑ 1 2 "Refik Erduran hayatını kaybetti ate=". Hürriyet (Turkish). 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-07.
- ↑ Department of Defense. "Allied Forces in the Korean War". 2007-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-29.
- ↑ Tarihi Değiştiren Savaşlar, Ali Çimen-Göknur Göğebakan, Timaş yayınları, İstanbul 2006, ISBN 975-263-486-9
- ↑ Turkish General Headquarters Military History Department Official Publications No: 7. Turkish Military Forces Korean War Operations (language Turkish).
- ↑ historynet. "Korean War:1st Brigadeś Baptism of Fire". İstifadə tarixi: 2016-11-04.[ölü keçid]
- ↑ Biography Arxivləşdirilib 2011-10-04 at the Wayback Machine, Presidency of the Republic of Turkey
- ↑ "The Turks in the Korean War". 2011-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28.
- ↑ 2nd Infantry Division, Korean War Veterans Alliance. "The 2nd Infantry Division in Korea". 2008-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-29.
- ↑ Turkish General Staff. "Kumyangjang-ni Zaferi (25–27 Ocak 1951)" (türk). 2008-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-29.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2014-07-15 at the Wayback Machine, pp. 88–89.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2021-03-16 at the Wayback Machine, pp. 88–89.
- ↑ Leckie 1996 Arxivləşdirilib 2014-07-04 at the Wayback Machine, p. 203.
- ↑ Leckie 1962, p. 203.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2014-11-04 at the Wayback Machine, p. 89.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2014-11-12 at the Wayback Machine, p. 90.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2014-07-04 at the Wayback Machine, p. 92.
- ↑ 1 2 Bozkurt, Abdullah. "Turkish veterans recall Korean War memories". October 3, 2010. July 14, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-08.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2014-07-04 at the Wayback Machine, p. 190.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine, p. 92.
- ↑ Bruce Steele. "Korea: Gallant allies: The Story of the Turkish Brigade". 2016-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2014-07-04 at the Wayback Machine, p. 206.
- ↑ Martin, P. "Courage, Stamina, Shown By Turks Fighting in Korea". The Emporia Gazette. 1 March 1951. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2014.
- ↑ Appleman 2008 Arxivləşdirilib 2014-07-04 at the Wayback Machine, p. 207.
- ↑ Blair 2003 Arxivləşdirilib 2014-07-04 at the Wayback Machine, p. 455.
- ↑ Blair 1987, p. 455.
- ↑ Appleman 2008, p. 271
- ↑ Roy E. Appleman, Disaster in Korea: The Chinese Confront MacArthur, (Texas A&M University Press, 1989), 438.
- ↑ Alexander, Bevin R. Korea: The First War We Lost. Hippocrene Books. 1986. ISBN 978-0870521355.
- ↑ Chinese Military Science Academy. History of War to Resist America and Aid Korea (抗美援朝战争史). Beijing: Chinese Military Science Academy Publishing House. 2000. ISBN 7-80137-390-1.
- ↑ "Turkish Brigade in Korean War – Kunuri Battles (26–30 November 1950)", Turkish Times Weekly, (Tuesday, 9 January 2007). Retrieved on 2008–09-29.
- ↑ Ercan Haytoğlu, "Kore Savaşi Ve Denızlı Kore Şehıtlerı İle GAZİLERİ", Pamukkale Üniversitesi Eğitim Fakültesi Dergisi Yıl:2002 (1) Sayı:11, p. 94
- ↑ Stewart, Richard W. The Korean War: The Chinese Intervention. səh. 14. CMH Pub 19-8. 2011-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
- ↑ "page 15". 2015-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
- ↑ "Command and General Staff School, 1993 page 32". 2016-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
- ↑ "Institute for National Strategic Studies, National Defense University, 1993 page 67". 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
- ↑ Singh 2003 Arxivləşdirilib 2016-04-27 at the Wayback Machine, p. 50.
- ↑ "17th Bomb Group - 17 bw". www.bombgroup17.com. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
- ↑ "Archived copy" (PDF). 2009-07-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2009-10-25.
- ↑ Eighth Army Public Affairs. "ROK President awards Eighth Army with the Presidential Unit Citation". 1 October 2014. 25 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2021.
- ↑ "UNMCK (Kore Birleşmiş Milletler Anıt Mezarlığı) sitesinde Miktat Uluünlü". 2008-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
- ↑ "UNMCK (Kore Birleşmiş Milletler Anıt Mezarlığı) sitesinde Lüfti Bilgin". 2008-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
- ↑ "Arxivlənmiş surət". 2008-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
- ↑ "Arxivlənmiş surət". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
- ↑ Walker, Jack D. "A brief account of the Korean War". 2007-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-15.
- ↑ "UN Memorial Cemetery (Official)". 2019-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
- ↑ "South Koreans, allies pay tribute to Turkish war effort". Daily News. Pakistan Defence. June 27, 2010. November 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 12, 2021.
- ↑ UNMCK: Turkish Memorial I Arxivləşdirilib 2020-10-29 at the Wayback Machine; UNMCK: Turkish Memorial II Arxivləşdirilib 2020-10-29 at the Wayback Machine
- ↑ "Южная Корея не забудет героизма турецких солдат В Корейской войне на стороне Южной Кореи воевали 15 тыс турецких солдат". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
- ↑ Şimal Yıldızı Arxivləşdirilib 2011-01-07 at the Wayback Machine, Sinematürk
- ↑ "Türkiye'nin Oscar adayı belli oldu". Hürriyet. 24 August 2017. 24 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2017.
- ↑ Holdsworth, Nick. "Oscars: Turkey Selects 'Ayla: The Daughter of War' for Foreign-Language Category". The Hollywood Reporter. 25 August 2017. 25 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2017.
- ↑ "'Ayla,' a movie based on a heart-breaking 65-year-old real-life story". korea.net. 2 May 2017. 27 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2017.
Ədəbiyyat
redaktə- Appleman, Roy E. Disaster in Korea: The Chinese Confront MacArthur. Volume 11 of Texas A & M University military history series: Texas A and M University (illustrated). Texas A&M University Press. 2008. ISBN 978-1603441285. İstifadə tarixi: 18 April 2014.
- Blair, Clay. The Forgotten War: America in Korea, 1950–1953 (illustrated, reprint). Naval Institute Press. 2003. ISBN 1591140757. İstifadə tarixi: 18 April 2014.
- Blair, Clay. The forgotten war: America in Korea, 1950. Times Books. Dec 12, 1987. ISBN 0812916700. İstifadə tarixi: 18 April 2014.
- Leckie, Robert. Conflict: The History of the Korean War, 1950–53 (illustrated, reprint). Da Capo Press. 1996. ISBN 0306807165. İstifadə tarixi: 18 April 2014.
- Leckie, Robert. Conflict: The history of the Korean War 1950–1953. New York: G. P. Putnam's Sons. 1962.
- Sŏ, Sŏk-pong. Brother Nations, Korea and Turkey: a history of Turkish soldiers' participation in the Korean War. Seoul: Ministry of Patriots' and Veterans' Affairs. 2007. OCLC 243703768.
Xarici keçidlər
redaktə- Türklər Koreya müharibəsində (ing.)
- Koreya müharibəsi (TSQ) (türk.)
- Kumyanjanq Döyüşü (TSQ) (türk.)
- The Graybears: Official Publication of The Korean War Vererans Association, Vol. 17, No. 1., January-February 2003. (ing.)
- Şimal Yıldızı на IMDb (ing.)
- Briqadanın döyüş yolu (rus.)
- Korean War: 1st Turkish Brigade's Baptism of Fire (ing.)
- The Turkish Brigade (ing.)
- Türk briqadası (ing.)
- Korean War – Part 18, Retreat from the North, YouTube, 8:50min (ing.)