Turkistan Mssr - Wikipedia
Türküstan MSSR (rus. Туркестанская АССР) — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika.
Tarixi dövlət | |||||
Türküstan Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Türküstan Muxtar Sovet Sosialist Respublikası | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Daşkənd | ||||
Əhalisi |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1905-ci ildə Daşkənddə Mustafa Çokayın rəhbərliyi ilə Türkistan Müsəlmanları Konqresi təşkil edildi. Bu konqresdə Türk bölgələrinin soylu ailələrdən gələn özbək, tatar, qazax, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdu.
Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdi:
- 1. Orta Asiyada İslamı müasirləşdirmək;
- 2. Köçəri xalqların mədəniyyətini qorumaq;
- 3. Türkistandan rusları uzaqlaşdırmaq.
20 aprel 1918 və 1 may 1918 tarixləri ərzində təşkil edilən 5-ci Konqresdə "Türkistan Sovet Respublikasına dair vəziyyət" təsdiq edilmiş və Rusiya İmperiyasına bağlı olan Türkistan Krayının torpaqlarında 30 aprel 1918 tarixində Türkistan Sosialist Federativ Respublikası adı altında Türkistan MSSR qurulmuşdur. 4 oktyabr 1918 və 15 oktyabr 1918 tarixləri ərzində təşkil edilən 6-cı Sovet Türkistanı Fövqəladə Konqresi Türkistan MSSR konstitusiyasını qəbul etmişdir. Həmin dövrdə ərazidə 5 milyon insan məskunlaşmışdı. Türkistan Kommunist Partiyası ölkədə öncül partiya idi. 1921-ci ildə Türkistan MSSR Sovet İttifaqının tərkibinə daxil oldu.
Türkistan Müsəlman Şurası
redaktəŞura Qazax və qırğızların Alaş Orda bölgəsi, tatar və başqırdların İdil-Ural bölgəsi (Türk-Tatar Komitəsi) və ya İtələnil-Xəncər hökuməti, özbək və türkmənlərin Türkistan muxtariyyəti müstəqil olduqdan sonra gələcəkdə Türkistan Milli Dövləti olaraq birləşməyi təklif edirdi.
Türkistan Milli Muxtar Hükuməti 1917-ci ildə, rus inqilabının meydana gəldiyi dövrlərdə Xivə, Kokand və Buxara xanlıqlarının ərazisində müstəqilliyini elan etmiş və gələcəkdə digər iki türk bölgəsi (Alaş Orda və İtələnil-Ural) ilə birləşməyi nəzərdə tuturdu. Türkistan hökuməti Mustafa Çokay tərəfindən qurulmuşdu və məclis Xivə, Kokand və Buxara xanlıqlarının nümayəndələrindən təşkil olunmuşdu. Kokandı paytaxt olaraq seçən Türkistan müstəqilliyini elan edəndən sonra Sovet Rusiyası Daşkənddəki qüvvələrini dərhal Kokand üzərinə yönəltdi. Qısa bir müddət sonra Buxara və Xivə ərazisində qurulan yarımmüstəqil dövlət ləğv edildi. Ərazidə Sovet işğalına qarşı Basmaçı hərəkatı başlandı və 1931-ci ilə qədər davam etdi.
Türküstan hökuməti torpaqlarında 1918-ci ildə Türkistan Muxtar Sovet Sosialist Respublikası quruldu.