Turkiye Azerbaycan Strateji Emekdasliq Sazisi - Wikipedia
Strateji Əməkdaşlıq Sazişi, Azərbaycan və Türkiyə arasında, Azərbaycan adına prezident İlham Əliyev və Türkiyə adına köhnə prezidenti Abdullah Gül tərəfindən imzalanmış əməkdaşlıq və qarşılıqlı dəstək andlaşmasıdır. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hərbi hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə "bütün imkanlarını istifadə edərək" hücuma uğrayan ölkəni dəstəkləyəcək.
Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi | |
---|---|
İmzalanma tarixi | 16 avqust 2010 |
İmzalanma yeri | Bakı, Azərbaycan |
İmzalayanlar |
İlham Əliyev Abdullah Gül |
Dili |
Azərbaycan dili Türk dili İngilis dili |
Məzmunu
redaktəRazılaşmanın 23 maddə və beş hissədən ibarətdir: "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq", "Humanitar məsələlər", "İqtisadi əməkdaşlıq" və "Ortaq və Son müddəalar".
Müqavilə 21 dekabr 2010 tarixində Azərbaycan Milli Məclisində, 2 Fevral 2011 tarixində də Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.