Turkiye Avroviziya Mahni Musabiqesinde - Wikipedia
Türkiyə Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1975-ci ildə qoşulmuş və ümumilikdə 34 dəfə müsabiqədə iştirak etmişdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Türkiyə hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2011-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.
1975-ci ildə Semiha Yankının ifa etdiyi "Seninle Bir Dakika" mahnısı ilə Avroviziyaya qoşulan Türkiyə müsabiqədə sonuncu yeri tutmuşdur. Daha sonra 1976 və 1977-ci illərdə müsabiqədə iştirak etməmiş, 1978-ci ildə yenidən Avroviziyaya geri dönmüşdür. Həmin müsabiqədə də məyusedici nəticə əldə edən ölkə 1979-cu ildə yenidən iştirak etməyi planlaşdırsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu İsrailin paytaxtı Qüdsdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir.[1] Lakin Türkiyə 20 il sonra 1999-cu ildə Qüdsdə keçirilən Avroviziyada iştirak etmişdir.
Ölkənin Avroviziyada 80-ci illərdə iştirakı ərzində əldə etdiyi ən yüksək nəticə 1986-cı ildə Klips ve Onlar qrupunun ifa etdiyi "Halley" mahnısı ilə tutduqları 9-cu yer olmuşdur. Həmin dövrdə Türkiyə eyni zamanda iki dəfə sonuncu yeri də tutmuşdur. 80-ci illərdə Türkiyəni Avroviziyada Ajda Pekkan, MFÖ qrupu və Candan Erçetin (Klips ve Onlar qrupunun üzvü) kimi ölkənin tanınmış sənətçiləri təmsil etmişdir.
1990-cı ildə Türkiyəni müsabiqədə ölkənin tanınmış sənətçilərindən biri olan Kayahan təmsil etmiş, lakin 22 ölkə təmsilçisi arasında 17-ci yeri tutaraq, ölkəyə gözlənilən yüksək nəticəni qazandıra bilməmişdir. Müsabiqədə son illərdə əldə edilən zəif nəticələr səbəbindən Türkiyə 1994-cü ildə Avropa Yayım İttifaqı tərəfindən bir illik Avroviziyadan kənarlaşdırılmışdır. 90-cı illərin sonunda dil qaydasının aradan qaldırılması və eyni zamanda SMS səsverməsinin tətbiqindən sonra Türkiyə müsabiqədə yüksək nəticələr əldə etməyə başlamışdır. 1997-ci ildə Türkiyə Şəbnəm Paker və Etnik qrupunun ifa etdiyi "Dinle" mahnısı ilə müsabiqədə üçüncü yeri qazandırmışdır. Bu Türkiyənin həmin ilədək Avroviziyada əldə etdiyi ən yüksək nəticə idi.
2003-cü ildə Türkiyə Sertab Erenerin ifa etdiyi "Everyway That I Can" mahnısı ilə Avroviziyada ilk dəfə birincilik qazanmış və 2004-cü ildə müsabiqəyə ev sahibliyi etmişdir. Daha sonra Türkiyə 2004-cü ildə Athena qrupunun, 2007-ci ildə Kənan Doğulunun və 2009-cu ildə Hadisənin təmsilində Avroviziyada ilk beşlikdə yer almışdır. 2010-cu ildə ölkəni müsabiqədə təmsil edən rok qrupu MaNga ifa etdikləri "We Could Be The Same" mahnısı ilə ikinci yeri qazanmışdır. Türkiyə müsabiqədə əldə etdiyi uğurlu nəticələrə baxmayaraq 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır.
Təmsilçilər
redaktə1975 | Türkcə | Semiha Yankı | "Seninle Bir Dakika" | 19 | 3 | ||
1978 | Türkcə | Nilüfər və Nazar qrupu | "Sevince" | 18 | 2 | ||
1980 | Türkcə | Ajda Pekkan | "Petrol" | 15 | 23 | ||
1981 | Türkcə | Modern folk triosu və Ayşəgül Aldinç | "Dönme Dolap" | 18 | 9 | ||
1982 | Türkcə | Neco | "Hani?" | 15 | 20 | ||
1983 | Türkcə | Çetin Alp və The Short Waves | "Opera" | 19 | 0 | ||
1984 | Türkcə | Beş Yıl Önce, On Yıl Sonra | "Halay" | 12 | 37 | ||
1985 | Türkcə | MFÖ | "Diday Diday Day" | 14 | 36 | ||
1986 | Türkcə | Klips ve Onlar | "Halley" | 9 | 53 | ||
1987 | Türkcə | Seyyal Taner və Lokomotif | "Şarkım Sevgi Üstüne" | 22 | 0 | ||
1988 | Türkcə | MFÖ | "Sufi" | 15 | 37 | ||
1989 | Türkcə | Pan | "Bana Bana" | 21 | 5 | ||
1990 | Türkcə | Kayahan | "Gözlerinin Hapsindeyim" | 17 | 21 | ||
1991 | Türkcə | İzel, Reyhan və Can | "İki Dakika" | 12 | 44 | ||
1992 | Türkcə | Aylin Vatankoş | "Yaz Bitti" | 19 | 17 | ||
1993 | Türkcə | Burak Aydos | "Esmer Yarim" | 21 | 10 | ||
1995 | Türkcə | Arzu Ece | "Sev" | 16 | 21 | ||
1996 | Türkcə | Şəbnəm Paker | "Beşinci Mevsim" | 12 | 57 | 7 | 69 |
1997 | Türkcə | Şəbnəm Paker və Grup Etnik | "Dinle" | 3 | 121 | ||
1998 | Türkcə | Tüzmen | "Unutamazsın" | 14 | 25 | ||
1999 | Türkcə | Tuba Önal | "Dön Artık" | 16 | 21 | ||
2000 | Türkcə, İngiliscə | Pınar Ayhan və SOS qrupu | "Yorgunum Anla" | 10 | 59 | ||
2001 | Türkcə, İngiliscə | Sedat Yüce | "Sevgiliye Son" | 11 | 41 | ||
2002 | Türkcə, İngiliscə | Buket Bengisu | "Leylaklar Soldu Kalbinde" | 16 | 29 | ||
2003 | İngiliscə | Sertab Erener | "Everyway That I Can" | 1 | 167 | ||
2004 | İngiliscə | Athena | "For Real" | 4 | 195 | ||
2005 | Türkcə | Gülseren | "Rimi Rimi Ley" | 13 | 92 | ||
2006 | Türkcə, İngiliscə | Sibel Tüzün | "Süper Star" | 11 | 91 | 8 | 91 |
2007 | İngiliscə, Türkcə | Kənan Doğulu | "Shake It Up Şekerim" | 4 | 163 | 3 | 197 |
2008 | Türkcə | Mor ve Ötesi | "Deli" | 7 | 137 | 8 | 85 |
2009 | İngiliscə | Hadisə | "Düm Tek Tek" | 4 | 177 | 2 | 172 |
2010 | İngiliscə | MaNga | "We Could Be The Same" | 2 | 170 | 1 | 118 |
2011 | İngiliscə | Yüksek Sadakat | "Live It Up" | 13 | 47 | ||
2012 | İngiliscə | Can Bonomo | "Love Me Back" | 7 | 112 | 5 | 80 |
2013-cü ildən bəri müsabiqədə iştirak etmir. |
Səsvermə tarixi
redaktəTürkiyənin ən çox xal verdiyi ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Bosniya və Herseqovina | 129 |
2 | Böyük Britaniya | 126 |
3 | İrlandiya | 119 |
4 | İspaniya | 118 |
5 | Almaniya | 86 |
Türkiyənin ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Almaniya | 170 |
2 | Fransa | 151 |
3 | Niderland | 132 |
4 | Belçika | 108 |
5 | İsveçrə | 104 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Ev sahibliyi
redaktəİl | Şəhər | Arena | Aparıcılar |
---|---|---|---|
2004 | İstanbul | Abdi İpekçi Arena | Korhan Abay və Məltəm Cumbul |
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ O'Connor, John Kennedy. The Eurovision Song Contest: The Official History. Carlton Books, UK. 2007 ISBN 978-1-84442-994-3