Turkiye Herbi Deniz Quvveleri - Wikipedia
Türk Dəniz Qüvvələri (türk. Türk Deniz Kuvvetleri) — Türkiyəni dənizdən ola biləcək bütün təhdidlərə və hücumlara qarşı qorumaqla cavabdehdir. Türkiyə Silahlı Qüvvələrinin tabeçiliyi altında olan 2-ci ən böyük qüvvədir. [4] Yaranma tarixi ilk türk dənizçisi hesab edilən Çaka bəyin İzmirdə qurduğu donanmanın quruluş tarixi olan 1081-ci il qəbul edilmişdir.
Türkiyə Hərbi Dəniz Qüvvələri | |
---|---|
Türk Deniz Kuvvetleri | |
Növü | Hərbi Dəniz Qüvvələri |
Yaranma tarixi |
1081[1] 10 iyul 1920 (Dəniz İşləri Müdirliyi) 1928 (Dəniz müstəşarlığı) 15 avqust 1949 (HDQ)[2] |
Ölkə | Türkiyə |
Tabedir | Türkiyə Silahlı Qüvvələri |
Daxildir | Türkiyə Milli Müdafiə Nazirliyi |
Sayı | 48,600 nəfər[3] |
Qərargah | Ankara, Türkiyə |
Şüarı | Təsirli, çəkindirici, hörmətli. |
Rəngləri | Qırmızı və ağ |
Marşı | Dəniz Qüvvələri Marşı |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | Admiral Ercüment TATLIOĞLU |
dzkk.tsk.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Vəzifələri
redaktəDəniz Qüvvələri Komandanlığı
Ölkənin dənizdən gələ biləcək təhdidlərə qarşı müdafiə olunması və ölkəyə məxsus ərazi sularına nəzarət etmək.
Donanma Komandanlığı
Döyüşə hazır vəziyyətdə olan dəniz və dəniz aviasiyası qüvvələrini idarə etmək və bu qüvvələrin ən təsirli şəkildə istifadə olunmasını təmin etmək.
Şimal dəniz sahə Komandanlığı
Türkiyənin Qara dəniz sahillərinin və ərazi sularının müdafiəsinin təşkilinə cavabdehdir. Tabeliyində olan birliklərin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək və cavabdeh olduğu ərazidə vəzifəsini yerinə yetirən birlikləri dəstəkləmək.
Cənub dəniz sahə Komandanlığı
Türkiyənin Aralıq dənizi sahillərinin və ərazi sularının müdafiəsinin təşkilinə cavabdehdir. Tabeliyində olan birliklərin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək və cavabdeh olduğu ərazidə vəzifəsini yerinə yetirən birlikləri dəstəkləmək.
Dəniz Təhsil və Təlim Komandanlığı
Fərdi təhsil və təlim fəaliyyətlərini Hərbi Dəniz Qüvvələrinin vəzifə ehtiyacına uyğun olaraq aparmaq, Hərbi Dəniz Qüvvələrinin silahlanmasında olan və gələcəkdə silahlanmaya daxil ediləcək olan silah, sistem və cihazları ən yaxşı şəkildə istifadə edə biləcək, inkişaf edən və dəyişən texnologiyaya qısa zaman ərzində uyğunlaşa biləcək infrastruktura sahib, Atatürkün inqilab və prinsiplərinə bağlı, məlumatlı, bacarıqlı və dənizçilik şüuru yüksək səviyyədə olan şəxsi heyət yetişdirmək.
Rütbələr
redaktəNATO Kodu | OF-10 | OF-9 | OF-8 | OF-7 | OF-6 | OF-5 | OF-4 | OF-3 | OF-2 | OF-1 | OF-1c | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Büyükamiral | Oramiral | Koramiral | Tümamiral | Tuğamiral | Albay | Yarbay | Binbaşı | Yüzbaşı | Üsteğmen OF-1a |
Teğmen OF-1b |
Asteğmen |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ History of Turkish Naval Forces Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine (Official Turkish Naval Forces website)
- ↑ 1949 Temmuzunda Türk Silâhlı Kuvvetleri yeniden örgütlendirilerek, Genelkurmay Başkanlığına bağlı Kara, Deniz, Hava Kuvvetleri kuruldu., Genelkurmay Başkanlığı, Türk Tarihi, Silahlı Kuvvetleri ve Atatürkçülük, Genelkurmay Başkanlığı, 1973, p. 65. Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine (türk.)
- ↑ Library of Congress - Federal Research Division, Country ProFayl: Turkey (PDF), Avqust 2008, 25–26, 2014-07-12 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2017-08-25
- ↑ "Arxivlənmiş surət". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
Xarici keçidlər
redaktə- Turkish Navy Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine – Official website
- Turkish Naval Museum Arxivləşdirilib 2009-04-01 at the Wayback Machine – Official website
- Undersecretariat for Defence Industries
- Bosphorus Naval News – Latest news, photos and fleet data regarding the Turkish Navy