Turkiye Milli Kitabxanasi - Wikipedia
Türkiyə Milli Kitabxanası — Ankarada yerləşən Türkiyənin mərkəzi kitabxanası. 15 aprel 1946-cı ildə yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin tabeliyindədir.[1] Kitabxana milli yaddaş, milli arxiv, muzey və tədqiqat mərkəzidir. Çankaya rayonu sərhədləri daxilində Bahçelievler rayonunda yerləşir.
Türkiyə Milli Kitabxanası | |
---|---|
türk. Millî Kütüphane | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Türkiyə |
Tipi | kütləvi kitabxana |
Yaradılıb | 15 aprel 1946 |
Oxucu sayı | 26478 (2017) |
Ünvan | Ankara, Çankaya rayonu |
Fondu | |
Fondun həcmi | 4087909 (2017) |
Fondun tərkibi | 1.170.363 kitablar, 27.464 əl yazması, 230.851 jurnallar, qəzetlər, rəsmi nəşrlər, xəritələr və s. |
Digər məlumatlar | |
Direktor | Həmdi Turşucu |
Sayt | millikutuphane.gov.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTürkiyə Milli Kitabxanası 1946-cı il aprelin 15-də Ankaranın Çankaya bölgəsində Maarif Nazirliyinin nəzdində Nəşrlər Bürosu kimi yaradılmışdır.[2] Kitabxanada ilk vaxtlar 8000 çap əsəri var idi, ilk ildə fondun artması sayəsində yeni binaya ehtiyac yarandı. Kitabxana fondunu ictimaiyyətə təqdim etmək üçün 1947-ci il aprelin 17-də kitabxana müvəqqəti binaya köçdü. Tezliklə fondun həcmi 60.000 nüsxəyə çatdı.[2] Kitabxana rəsmi olaraq 16 avqust 1948-ci ildə istifadəçilərə xidmət göstərməyə başladı. Hazırda bu bina Ankara İli Xalq Kitabxanası kimi fəaliyyət göstərir.[2] Milli Kitabxana Türkiyə Böyük Millət Məclisinin 23 mart 1950-ci ildə qəbul etdiyi qanuna əsasən Milli Təhsil Nazirliyindən asılı olmayaraq ayrıca hüquqi şəxsə çevrilmişdir. Belə ki, bu haqda parlamentin qəbul etdiyi qanun doqquz gün sonra qüvvəyə mindi və "Rəsmi Qazet"də nəşr olundu.[3]
1965-ci ildə Milli Kitabxana üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdu, çünki mövcud bina gələcəkdə tələblərə cavab verə bilməzdi. Tikinti 1973-cü ildə başlanmış və 5 avqust 1983-cü ildə başa çatdırılmışdır. Tikinti başa çatdıqdan sonra kitabxana təxminən 39.000 kvadratmetr sahədə öz ziyarətçilərinə xidmət göstərməyə başlamışdır.[2]
1934-cü ildə qəbul edilmiş “Çap Məqalələri və Şəkillərin Toplusu haqqında” qanuna əsasən, ölkədə nəşr olunan hər bir əsərin bir nüsxəsi Milli Kitabxanaya göndərilməlidir.[4] 2017-ci il tarixinə qədər kitabxananın fondunda 4 087 909 əlyazma və çap əsəri var idi.[5] Həmin ilin statistik məlumatlarına görə, 26478 üzvü olan Milli Kitabxananın istifadəçilərinin sayı 629905 nəfər olub.[5]
Kitabxana Avropa Milli Kitabxanaçıları Konfransının üzvüdür. O, Türkiyə Milli Kollektiv Təşkilat Kataloqunun da üzvüdür.[6]
Fondu
redaktəMilli Kitabxana Türkiyənin ən zəngin kolleksiyalarından birinə malikdir. 2013-cü il tarixinə kolleksiya 3.089.517 nüsxədən ibarət olmuşdur. Kitabxanaya daxil olan kitab fondunu aşağıdakı kimi təsnif etmək olar:[7]
Kitabların sayı | Köhnə Orfoqrafiyada Kitabların Sayı | Dövri nəşrlərin sayı | Qeyri-mətn materiallarının sayı | Əlyazmaların sayı |
---|---|---|---|---|
1,314,683 | 56,550 | 1,475,129 | 215,677 | 27,478 |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.
- ↑ 1 2 3 4 "Tarihçe Kronoloji". mkutup.gov.tr. 23 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2019.
- ↑ "Millî Kütüphane Kuruluşu hakkında Kanun" (PDF). tbmm.gov.tr. 24 April 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 April 2019.
- ↑ "Basma Yazı ve Resimleri Derleme Kanunu". kulturturizm.gov.tr. 24 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2019.
- ↑ 1 2 "Kütüphane istatistikleri, 2017". tuik.gov.tr. 7 August 2018. 24 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2019.
- ↑ "Ulusal ve Uluslararası İşbirlikleri". mkutup.gov.tr. 24 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2019.
- ↑ "National Library Statistics". 4 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2013.