Turkiye Varliq Fondu - Wikipedia
Türkiyə Varlıq Fondu (TVF) — 2016-cı ilin avqustunda qurulan və Türkiyə hökumətinə məxsus olan Türkiyənin suveren sərvət fondu. Onun aktivlərinin dəyəri 33 milyard dollardır.[2] Fond Türkiyə Prezidentinin Nazirlər Kabinetinin təsdiq etdiyi "Strateji İnvestisiya Planı"na uyğun fəaliyyət göstərir. Əvvəllər dövlət orqanlarına məxsus şirkətlər və aktivlər ona verilə bilər. Müvafiq hesab edilərsə, sub-fondların yaradılması da mümkündür.[3]
Türkiyə Varlıq Fondu | |
---|---|
Türkiye Varlık Fonu | |
Növü | Beynəlxalq Varlıq Fondu |
Fəaliyyəti | 26 avqust 2016 – bu günə kimi |
Yaranma tarixi | 2016 |
Mərkəzi | İstanbul |
Sədr | Rəcəb Tayyib Ərdoğan[1] |
www.tvf.com.tr |
Tarixi
redaktəTürkiyə Varlıq Fondu 26 avqust 2016-cı il tarixində Türkiyə Cümhuriyyəti Baş nazirinə bağlı bəzi şirkətləri idarə etmək üçün qanunla quruldu.[4] 2017-ci ilin fevral ayında İstanbul Birjası, "Ziraat Bank" da daxil olmaqla böyük büdcəli müxtəlif dövlət şirkətləri bu fonda verildi.[5]
10 İyul 2018-ci il qərarnaməsi ilə Türkiyə Cümhuriyyəti Prezidenti tabeliyindəki şirkət və quruluşların siyahısına əlavə edildi.[6]
2020-ci ildəki dəyişikliklər
redaktə2020-ci ilin aprel ayında dövlətə məxsus səhm sığorta şirkətləri ilə birlikdə "TWF Financial Investments" təsis edilmişdir.[7] TWF bu şirkətlərin səhmlərini aldı və birləşmə 2020-ci ilin sentyabrında tamamlandı. "Güneş Sigorta", "Halk Sigorta" və "Ziraat Sigorta" şirkətlərinin birləşməsi nəticəsində "Türkiye Sigorta" şirkəti yaranmışdır. "Vakıf Emeklilik ve Hayat, Halk Hayat ve Emeklilik" və "Ziraat Hayat ve Emeklilik" şirkətlərinin birləşməsi nəticəsində "Türkiye Hayat ve Emeklilik" şirkəti yaradılmışdır.[8]
18 iyun 2020-ci ildə TVF, "Telia" və "Çukurova Holding"dən "Turkcell"in 26,2% payını 1,801 milyon ABŞ dollarına satın almaq üçün müqavilə imzalamışdır Bunun 196 milyon ABŞ dolları "Telia"ya ödənilmiş, qalan 1,605 milyon ABŞ dolları isə "Ziraat Bank"a kredit kimi təqdim edilmişdir.[9][10][11] 22 sentyabr 2020-ci il tarixində Nizamnaməyə edilən dəyişikliklərdən sonra Fond "Turkcell" idarə heyətinin doqquz üzvündən beşini təyin etmək hüququnu almışdır.[12]
26 noyabr 2020-ci il tarixində TVF əvvəllər AYİB-dən alınmış İstanbul Birjasında 10% payın Qətər Suveren Fonduna satıldığını elan etmişdir.[13] Ertəsi gün fondun sədr müavini, əvvəllər maliyyə naziri vəzifəsini icra edən Berat Albayrak istefa verdiyini açıqlamışdır.[14]
10 mart 2022-ci ildə TVF şirkətin 2026-cı ildə transferi ilə bağlı məsələləri həll etmək üçün "Türk Telekom"un səhmlərinin əksəriyyətini 1,65 milyard ABŞ dollarına almışdır.[15][16]
İştiraklar
redaktəŞirkət [17] | Hissə faizi |
---|---|
İstanbul Birjası | %80,6 |
BOTAŞ | %100 |
Çay İşletmeleri Genel Müdürlüğü | %100 |
Eti Maden İşletmeleri | %100 |
Xalqbank (Türkiyə) | %75,3 |
Kayseri Şeker Fabrikası | %11,1 |
Platform Ortak Kartlı Sistemler A.Ş. | %20 |
PTT | %100 |
Turkcell | %26,2 |
Türksat | %100 |
Türk Hava Yolları | %49,12 |
Türk Telekom | %6,68 |
İzmir Limanı | %100 |
Türkiye Denizcilik İşletmeleri | %49 |
Türkiye Hayat Emeklilik A.Ş. | %100 |
Türkiye Petrolleri Anonim Ortaklığı | %100 |
Türkiyə Sigorta | %81,10 |
TVF Enerji Sanayi ve Ticaret A.Ş. | %100 |
TVF Maden Sanayi ve Ticaret A.Ş. | %100 |
TVF Rafineri ve Petrokimya Sanayi ve Ticaret A.Ş. | %100 |
VakıfBank | %36 |
Ziraat Bankası | %100 |
İstanbul Finans Mərkəzi | %100 |
İstinadlar
redaktə- ↑ https://www.tvf.com.tr/en/who-we-are/board-and-management/board-of-directors.
- ↑ Pitel, Laura. "Turkey wealth fund chief rebuffs criticism of Erdogan's role". Financial Times. 2020-02-17. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.
- ↑ "The Law No. 6741 on Establishment of Turkey Wealth Fund Management Company and Amendments in Certain Laws" (PDF). 1 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 October 2020.
- ↑ "Arxivlənmiş surət". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ "Arxivlənmiş surət". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-03-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-09.
- ↑ "Türkiye Varlık Fonu bazı sigorta ve emeklilik şirketlerini bünyesine kattı". sozcu.com.tr (türk). 22 April 2020. 21 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2020.
- ↑ "Çalışanlar dikkat! Bireysel Emeklilik Sistemi'nde dengeler değişiyor". CNN Türk (türk). 29 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2020.
- ↑ "Turkcell İletişim Hizmetleri A.Ş." sec.gov. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ Wires, Daily Sabah with. "Done deal: Turkey Wealth Fund acquires controlling stake in Turkcell from Telia for $530M". Daily Sabah. 18 June 2020. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2020.
- ↑ "Turkey Wealth Fund gains controlling stake in Turkcell". 22 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2020.
- ↑ "TWF's Turkcell transaction is completed". tvf.com.tr. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ "Katar, Borsa İstanbul'a ortak oldu". BBC News Türkçe (türk). 26 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2020.
- ↑ "Albayrak resigns from Turkey Wealth Fund". Anadolu Agency. 27 November 2020. 6 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2020.
- ↑ "Özelleştirilen en büyük şirketlerden biri olan Türk Telekom'un çoğunluk hissesi artık Varlık Fonu'nun". BBC News Türkçe (türk). 11 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2022.
- ↑ "Varlık Fonu Türk Telekom'u neden satın aldı?". sozcu.com.tr (türk). 11 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2022.
- ↑ "Arxivlənmiş surət". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.