Turkoba Masalli - Wikipedia
Türkoba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Türkoba | |
---|---|
38°52′46″ şm. e. 48°42′13″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi
redaktəƏhalisi 2662 nəfərdir.[2]
Toponimiyası və tarixi
redaktəOykonim türk etnonimi və oba "yaşayış yeri" komponentlərinin birləşməsindəndir.[3]
Türkoba kəndi 1284-cü ildə Elxanlılar sülaləsi tərəfindən Mərkəzi Asiyadan Azərbaycana, o cümlədən Azərbaycan ərazisinə köçəri Türk tayfalarının köçürülməsi nəticəsində salınıb. Bununla bağlı əsas mənbələrdən biri Elxanlıların (Hülakülər) vəziri Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" əsəridir və orada bu əraziyə köçürülmüş müxtəlif tayfaların və yerlərin adları, o cümlədən Türkoba adı qeyd edilir. Azərbaycan ərazisində bir sıra obalar salan köçəri boylardan birinin Türkobanı məskunlaşdırdığı bildirilir. Bu barədə bir sıra müasir araşdırmalarda, o cümlədən bölgənin tarixini və toponimlərini araşdıran kitablarda da qeyd edilir. Məsələn, Mirhaşım Talışlının "Lənkəran" adlı kitablnda və digər əsərlərdə bu barədə ətraflı məlumat verilir. Qeyd edilən tarixdə Azərbaycan ərazisində məskən salan və din baxımından tenqriçi olan həmin köçəri Türk tayfaları İslam dinini yerli əhali vasitəsilə qəbul etdikdən sonra oturaq həyata keçmişdir.
Tanınmış şəxsləri
redaktə- Pedaqoq-alim Qulamhüseyn Əliyev
- Akademik Bahadur Tağıyev
- Hacı Mirəziz Seyidzadə
- Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Aydın Ağayev
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
2.Fəzlullah Rəşidəddin, "Cami-ət-təvarix" əsəri
3.Mirhaşım Talışlı, "Lənkəran" kitabı