Tixli - Wikipedia
Tixli - Wikipedia - Haqqında Məlumat
Tıxlı – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tıxlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tıxlı kənd Soveti yaradılmışdır.[1]
Tıxlı | |
---|---|
40°54′47″ şm. e. 49°06′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 598 m |
Saat qurşağı | |
Tarixi
redaktəKəndin tarixi ilə bağlı ciddi araşdırmalar aparılmamışdır. Lakin bəzi evlərin quruluşu kəndin qədim dövrə aid olduğunu göstərir.
Mədəniyyəti
redaktə- Şeyx Heydər türbəsi — Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur.
- Həmçinin "Şəhərgah" deyilən və qədim şəhərin qalıqlarının rast gəlindiyi ərazi vardır. Lakin lazımınca araşdırılmadığı və dəyərlandirilmədiyi səbəbindən oradan tapılan materiallar tam öyrənilməmişdir. Şəhər qalıqları haqda dəqiqi məlumat yoxdur.
- Kəndin ərazinsin çoxlu sayda saxsı məmulatlara, qəbir kurqanlara(icərisində müxtəlif əşyalarla birlikdə), ocaq izlərinə rast gəlmək mümkündür. Lakin bu yerlər demək olarki arxeoloqlar tərəfindən oyrənilmədiyi və ciddi cəhdlə arxeoloji axtarışlar aparılmadığı üçün kəndin və demək olar ki, ətraf ərazilərin tarixi haqda dəqiq məlumatlar yoxdur.
- Kənd ərazisində həmçinin çoxlu sayda tarixi bulaqlar mövcuddur. Ümumiyyətlə bulaq tikilməsi bu kənd ərasisində tarixən yaşayan ənənədir. Müxtəlif tarixi dövrlərdə xüsui ustalıqla inşa edilən bulaqlar tikiliş kanstruksiyasına görə mədəniyyət nümunələridir. Bu bulaqlara misal olaraq " Məşədi Səttar bulağı", "Şaxşaxa bulağı", "Safqulu bulağı", Şur-şur bulağı" və s. adlarını göstərmək olar. Bundan əlavə kənd ərazisində çoxlu sayda su quyuları movcud idi. Hal hazırda onlardan yalnız 2–3 ədədi salamat qalmışdır. Bunların hamısı kəndin zəngin yeraltı su sərvətlərindən xəbər verir.
Əhalisi
redaktəƏhalisi beş nəsildən ibarət olub: daşdəmirlər, əbdülülər, novruzbeylilər, həkimlilər, əhmədlilər
Hal hazırda əsasən bu nəsillərə daxil bir çox əhalisi köçmüşdür. Əsasən daşdəmirli, əbdüllü və novruzovbeyli nəsillərinin iştirakçıları kənddə çoxluq təşkil edir.
Tanınmış şəxsləri
redaktəKəndin görkəmli nümayəndələri sırasına daxildir:
- Fətulla Əliyev — dövlət və ictimai xadim, Bakı və şimal bölgələrində məşhur sınıqçı.
- Hacıbala Ağayev — Gəncə — Göygöl gölü nəqliyyat yolunun tikintisində baş mühəndis. İkinci Dünya müharibəsində həlak olmuşdur.
- Müslim Abasov — dövlət və ictimai xadim, Xızı rayonu və Sumqayıt şəhərində mühüm vəzifələrdə çalışmışdır.
- Zəbi Abdullayev — azərbaycanlı tarixçi-filosof, beynəlxalq səviyyəli siyasi icmalçı[2].
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ Rəhman Orxan. "Sumqayıtın Zəbisi: müdrik insan, canlı ensiklopediya…" Arxivləşdirilib 2022-01-25 at the Wayback Machine xeberle.com, 11.04.2019 (az.)
Həmçinin bax
redaktə Xızı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |