Tebriz Daresseltene Cografiya Ve Tarixi - Wikipedia
Təbriz Darəssəltənə Coğrafiya və Tarixi[1] (fars. تاریخ و جغرافی دارالسلطنة تبریز Tarix və Coğrafiye Darossəltəneye Təbriz) Qacar şahzadəsi Nadir Mirzənin yazdığı farsca tarixi kitabdır.Bu kitab bu materiallardan ibarətdir: Təbriz binaları və tarixi əsərləri barədə ,şəhərin əsas hadisələri,Təbrizdə keçirilən dini mərasimlər və festivallar və milli bayramlar,xalqın yaşama tərzi, yas və toyları, yemək bişirmək tərzləri, oyunları və məşhur əyləncələri,hava durumu, məhəllələri, su kəmərləri, məscidləri, qəbiristanlıqları, müharibələri və Təbrizin keçmiş selləri və zəlzələləri, Təbrizdə yaşayan köçərilər və ellər,tərəvəzləri, meyvələri,kralları və hakimləri, Təbriz şairləri, yazıçıları və alimləri. Həmçinin bu kitabda Ağqoyunlu və Qaraqoyunlu sultanlarının tarixi və Kürd Şeyx Ubeydulla üsyanı haqqında ətraflı məlumat gəlib.Bu kitabda yüzdən artıq keçmiş sülalələrin hakimlərinə aid olan fərman və tarixi sənədlər, ki Təbriz alimlər və hökmdarlarına çıxış ediblər qeyd olunub.Nadir Mirzə, Təbrizin tarixindən başqa bütün Azərbaycan tarixi haqqında məlumat verib.
Təbriz Darəssəltənə Coğrafiya və Tarixi | |
---|---|
تاریخ و جغرافی دارالسلطنة تبریز | |
Müəllif | Nadir Mirzə Qacar |
Janr | Tarixi |
Orijinalın dili | Farsca |
İstinadlar
redaktə- ↑ Əlirza Molai Təvani
Mənbə
redaktə- Əlirza Molai Təvani Təbriz Darəssəltənə Coğrafiya və Tarixi Encyclopaediaislamica