Tecili Tibbi Yardim Masini - Wikipedia
Tecili Tibbi Yardim Masini - Wikipedia - Haqqında Məlumat
Təcili tibbi yardım maşını və ya ambulans— xəstələri xəstəxanalara nəql edən tibbi cəhətdən təchiz olunmuş nəqliyyat vasitəsi. Bəzi hallarda xəstəyə xəstəxanadan kənar tibbi yardım göstərmək üçün istifadə olunur.
Tarixi
redaktəAmbulans ilk dəfə təcili nəqliyyat vasitəsi kimi 1487-ci ildə İspaniyada istifadə olunmuşdur.[1] XIX və XX əsrdə müasir variantları yaranmışdır.
Nəqliyyat vasitələri
redaktəAmbulans kimi əsasən furqonlu maşınlardan istifadə olunsa da, motosiklet, velosiped, vertolyot, qayıq, avtobus, at qoşqusu formasında olan ambulans növləri də mövcuddur. Qayıq ambulanslar ada ərazilərində istifadə olunur.
İstinadlar
redaktə- ↑ Katherine T. Barkley. The Ambulance. Exposition Press. 1990.
Xarici keçidlər
redaktə- Vikianbarda Ambulans ilə əlaqəli mediafayllar var.