Tefsir Quliyev - Wikipedia
Tefsir Quliyev - Wikipedia - Haqqında Məlumat
Təfsir Ağakərim oğlu Quliyev (1932, Əhmədli) — Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi (1975–1982).
Təfsir Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1932 |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Həyatı
redaktəTəfsir Ağakərim oğlu Quliyev 1932-cü ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində doğulub. 1950-ci ildə 63 saylı orta məktəbi bitirmiş, 1951–1954-ci illərdə Sovet ordusunda xidmət etmiş, 1963–1968 illərdə Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir.[1]
Fəaliyyəti
redaktəAzərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Səhiyyə və sosial təminat komissiyasının üzvü, 1975–1982-ci illərdə Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi olmuşdur.[1]
Mükafatlar
redaktə- 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni
- Ali Sovetin Fəxri Fərmanı