Tekeqaya - Wikipedia
Təkəqaya — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Təkəqaya kəndi Lev kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təkəqaya kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Təkəqaya | |
---|---|
40°15′57″ şm. e. 46°07′43″ ş. u.HGYO | |
Ölkə | |
Toponimikası
redaktəYerli məlumata görə, yaşayış məntəqəsini Qabaqtəpə (Daşkəsan rayonu) və Arıqdam (Gədəbəy rayonu) kəndlərindən köçmüş ailələr salmışlar. Kənd Təkqaya adlı oroqrafik obyektin yaxinlığında yerləşdiyinə görə belə adlandirılmışdır. Oronim isə təkə (dağ keçisi) zoonimindan və qaya coğrafi terminindən ibarət olub, "təkə olan qaya" mənasındadır.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Təkəqaya çayının sahilində, dağətəyi ərazidə yerləşir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ Təkəqaya // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |