Tek Eded - Wikipedia
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər.
Cüt ədədlər
redaktəCüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür.
Tək ədədlər
redaktəTək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Tək ədədlərə nümunə olaraq -9, -3, -1, 1, 5, 7 və s. göstərmək olar.
Tək və cüt ədədlərin xassələri
redaktəTək ədədlərdə ardıcıllıq
Tək və cüt ədədlər ardıcıl tam ədədlərdir: -3, -2, -1, 0, 1, 2, 3. Burada 0 cüt ədəd olduğundan ardıcıllıq pozulmur.
Tək və cüt ədədlərin toplanması və çıxılması
Tək ədədi tək ədədlə topladıqda və ya tək ədəddən tək ədədi çıxdıqda cüt ədəd alınır:
Tək + Tək = Cüt
Tək - Tək = Cüt
Cüt ədədi cüt ədədlə topladıqda və ya cüt ədəddən cüt ədədi çıxdıqda cüt ədəd alınır:
Cüt + Cüt = Cüt
Cüt - Cüt = Cüt
Tək ədədlə cüt ədədi topladıqda və ya birindən digərini çıxdıqda tək ədəd alınır:
Tək + Cüt = Tək
Tək - Cüt = Tək
Cüt - Tək = Tək
Tək və cüt ədədlərin vurulması
Cüt ədədi istənilən ədədə vurduqda cüt ədəd alınır:
Cüt × Cüt = Cüt
Cüt × Tək = Cüt
Tək ədədi tək ədədə vurduqda tək ədəd alınır:
Tək × Tək = Tək
Tək və cüt ədədlərin bölünməsinə aid hər hansı qayda mövcud deyil. Çünki, bir ədədi digərinə böldükdə tam olmayan ədəd də alına bilər.