Tekle Qobustan - Wikipedia
Təklə (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kəndi Təklə kəndi adlandırılmışdır.[1]
Təklə | |
---|---|
40°35′31″ şm. e. 48°46′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəŞahsevən tayfa birliyinə daxil olan təkləlilər kəndi özlərinə mənsub qışlaq yerində salmışlar. Sovet hakimiyyəti illərində qoyunçuluq sovxozu yaradılanda məntəqə Leninabad adlandırıldı. 1991-ci ildə kəndin köhnə Təklə adı bərpa olundu. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.[2]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Acıdərə çayının sahilində yerləşir.
Əhalisi
redaktəKənddə 300-dən artıq ev var və kənddə 2000-dən artıq əhali yaşayır.
Din
redaktəKənddə Təklə kənd məscidi dini icması fəaliyyət göstərir.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ Təklə (Qobustan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |