Teleb - Wikipedia
Tələb (ing. demand) — istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir.[1] Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur.[2][3] Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir.
Yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər.
Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər. Məsələn, qiymətin düşməsi istehlakçı üçün sərvətin alıcılıq qabiliyyətinin artımına bərabərdir. Bu sərvət effektidir. Əvəz etmə effekti isə bildirir ki, istehlakçı alternativlərindən daha ucuz məhsula keçəcək. Misal üçün bir birini əvəz edə bilən alma və portağal şirələri. Əgər alma şirəsinin qiyməti aşağı düşərsə, istehlakçi portağaldan daha çox alma şirəsini alacaq, yəni ki ona tələb artacaq. Mikroiqtisadi təhlildə sərvət və əvəz etmə effektləri riyazi şəkildə Slutski düsturu ilə ifadə olunur.
İnsanların almaq istədikləri və almağa qadir olduqları əmtəə və ya xidmətlərin miqdarına tələbin həcmi deyilir.
Tələbə təsir edən amillər
redaktəTələbə təsir edən qiymət və qeyri-qiymət amilləri vardir.
Qiymət amilinin təsiri tələb əyrisi üzərində hərəkətə səbəb olur. Qiymət yüksəldikcə tələb miqdarı azalır, qiymət aşağı düşdükcə tələb miqdarı artır. Qeyri-qiymət amilləri isə tələb əyrisinin artımına (tələb əyrisinin sağa sürüşməsinə) və azalmasına (tələb əyrisinin sola sürüşməsinə) səbəb olur. Bunlar aşağıdakılardır:
- Gəlir. Alıclarnın tələblərini ödəmə səviyyəsi onun gəliri ilə düz mütənasibdir. Belə ki, gəlir nə qədər çox olarsa, alıcı bir o qədər çox tələbini ödəyə bilər. Alıcının gəlirinin bəzi əmtəələrin tələbini artırır, bəzi əmtəələrin isə tələbini artırır. Əgər alıcının gəliri artdıqda əmtəəyə olan tələb artırsa bu əmtəə normal əmtəədir. Alıcının gəliri artdıqca əmtəəyə olan tələbi azalırsa bu əmtəə isə keyfiyyətsiz əmtəədir. Nəticə olaraq normal əmtəələrin tələbi alıcının gəliri ilə düz, keyfiyyətsiz əmtəələrin tələbi isə alıcının gəliri ilə tərs mütənasibdir.
- Alıcıların sayı. Bazara yeni alıcıların daxil olması və ya alıcıların sayının artması tələbin artmasına səbəb olur və əksinə alıcıların sayının azalması tələbin azalmasına səbəb olur.
- Əvəzləyici əmtəələrin qiyməti. Əvəzləyici əmtəələr adında göründüyü kimi bir-birini qarşılıqlı əvəz edəbilən əmtəələrdir. Məsələn hamburger və dönər. Bu əmtəələrdən birinin məsələn hamburgerin qiymətinin artması dönər tələbinin artmasına səbəb olar. Çünki alıcı qiymət artımından qaçmaq üçün hamburgeri dönər ilə əvəz etmək istəyər. Nəticə olaraq əvəzləyici əmtəənin qiymətinin artması digər əmtəənin tələbini artırar və ya əksinə.
- Tamamlayıcı əmtəələrin qiyməti. Tamamlayıcı əmtəələrdə bir-birinin qarşılıqlı olaraq tamamlayan əmtəələrdir. Məsələn benzin və avtomobil. Bu əmtəələrdən birinin qiymətinin məsələn benzinin artması avtomobil tələbinin azalmasına səbəb olar. Çünki avtomobil alan satıcı onun tamamlayıcısının qiymətinin artması səbəbindən daha çox xərc çəkəcəyini bilir. Nəticə olaraq tamamlayıcı əmtəənin qiymətinin artması digər əmtəənin tələbini azaldar və ya əksinə.
- Zövq.Tələbə təsir edən ən aşkar amil zövq amilidir. Əgər siz dondurma xoşlayırsınızsa təbii ki ondan daha çox miqdarda alacaqsınız.
- Gözləmələr. Sizin gələcəklə bağlı təxminləriniz müəyyən əmtəəyə və ya xidmətə olan bugünkü tələbinizə təsir edə bilər. Əgər, sabah dondurmanın qiymətinin aşağı düşəcəyini təxmin edirsinizsə, o zaman yəqinki, dondurmanı bugünkü qiymətə almaqdan imtina edərsiniz. Bu zaman tələb əyrisi sola doğru sürüşər.
İstinadlar
redaktə- ↑ Campbell R. McConnell, Stanley L. Brue, (2007) "Economics: principles, problems, and policies"
- ↑ "Arxivlənmiş surət". 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- ↑ Werner Hilderbrand, (1983) "On the law of demand", Econometrica, vol. 51, No. 4