Temizleme - Wikipedia
Təmizləmə – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan texnoloji proseslər.[1]
Təmizləmə növləri
redaktəBiokimyəvi təmizləmə
redaktəÇirkab suların təmizləmə xüsusi bakteriya, ibtidailər və bəzi ali bitkilərin köməyilə aparılır.
Hidro – qum – şırnaq təmizləmə
redaktəMetal məmulatları və tikinti materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın şırnaqla verilməsi ilə aparılır.
Qravitasiya t əmizləmə
redaktəÇökdürmə yolu ilə tozların tutulması.
Turşu təmizləmə
redaktəNeft məhsulları bu üsulla təmizlənir.
Yaş təmizləmə
redaktəQazların maye ilə təmasda olarkən bu üsuldan istifadə olunur.
Yaşayış yerlərinin təmizləmə
redaktəYaşayış yerlərində toplanan tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə görülən kompleks tədbirlər.
Qum – şırnaq təmizləmə
redaktəMetal məmulatları və tikinti obyektlərinin səthi xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir.
Neft məhsullarının sulfat turşusu ilə təmizləmə
redaktəNeft məhsullarının və yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qatran maddələrindən sulfat turşusu ilə təmizlənməsi.
Termik təmizləmə
redaktəOksigen-asetilen lampasının alovu ilə metalların səthinin təmizlənməsi.
Kimyəvi Təmizləmə
redaktəMetalların səthinin (əsasən pasdan) turşu əsasında karroziya inqibitorlar əlavə edilməklə xüsusi tərkiblə təmizlənməsi.
Qələvi təmizləmə (neft məhsullarının)
redaktəQələvinin köməyi ilə açıq neft məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və onların turş komponentlərini neytrallaşdırmaq.
Elektrik təmizləmə (qazların)
redaktəElektrostatik gücün təsirilə tozların tutulması[2].
Xarici keçid
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
- ↑ "Услуги клининга в Москве". Клининговая компания CleanON (rus). 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.