Teneke - Wikipedia
Teneke - Wikipedia - Haqqında Məlumat
Tənəkə — soyuq yayılmış polad (başlıca olaraq az karbonlu polad).[1] Qalınlığı 0,08–0,5 mm olan nazik lent və ya vərəq şəklində hazırlanır. Qida mühitinin təsirindən və atmosfer korroziyasından qorumaq üçün üzərinə qalay, xrom, xüsusi laklar, plastik kütlə və s. qoruyucu örtüklər çəkilir. Tənəkədən başlıca olaraq konserv qabları və bu kimi metal qutular hazırlamaq üçün istifadə olunur.
Ağ tənəkə — nazik qalay təbəqə ilə örtülü tənəkə[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Azərbaycan Sovet Ensiklopediyası - IX Cild (S,T,U,Ü,F). 1986. 251.
- ↑ "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.