Terbiyet Kitabxanasi - Wikipedia
Terbiyet Kitabxanasi - Wikipedia - Haqqında Məlumat
Tərbiyət kitabxanası — Əsası 1921-ci ildə Məhəmmədəli Tərbiyət tərəfindən qoyulmuş İranın birinci dövlət kitabxanası.[1]
Tərbiyət kitabxanası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1921 |
Ünvan | Təbriz |
Haqqında
redaktə1921-ci ildə Təbrizdə yaradılan Tərbiyət kitabxanası İranın birinci dövlət kitabxanasıdır. Kitabxana Məhəmmədəli Tərbiyət tərəfindən "Maarif ümumi kitabxana və qiraətxana" adı altında Məhəmmədiyə mədrəsəsinin otaqlarının birində, Hərəmxana məhəlləsində qurulub və 1933-cü ildə indiki yerinə, Danişsəra xiyabanına köçürülüb. Kitabxanadakı əlyazmalar 1979-cu il inqilabından sonra Təbriz Milli Kitabxanasına aparılıb.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Tərbiyət kitabxanası". 2018tabriz.org.[ölü keçid]