Terlan Memmedhuseynov - Wikipedia
Tərlan Məmmədhüseynov (tam adı:Tərlan İsrafil oğlu Məmmədhüseynov; 16 aprel 1987, Bakı) — azərbaycanlı pianoçu, bəstəkar, musiqi rəhbəri və aranjimançı, məşhur "Səs", "Ümid rəqsi", "Yellənçək", "Doya-doya" kompozisiyalarının müəllifi.[1][2]
Tərlan Məmmədhüseynov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 2007-ci ildən hal-hazırkı dövrə qədər |
Janr | estrada |
Musiqi aləti | fortepiano |
Təhsili |
3 nömrəli İncəsənət məktəbi Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Həyatı
redaktəTərlan Məmmədhüseynov 1987-ci ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 1993-cü ildə 97 nömrəli məktəbdə təhsil almağa başlayıb.[1]
Təhsili və yardıcılığı
redaktəTərlan Məmmədhüseynov musiqi fəaliyyətinə 1996-ci ildə 7 illik 3 nömrəli İncəsənət məktəbində "Fortepiano" təhsili ilə başlayıb. 2000-2004-ci illərdə Səttar Bəhlulzadə adına mədəniyyət sarayının rəqs ansambılında 4 il pianoçu kimi çalışmış, 2004-2008-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Musiqinin tədrisi və metodikası" fakültəsində təhsil almışdır. 2013-cü ildə "Cəngi" qrupunun tərkibində pianoçu kimi fəaliyyət göstərib. 2007-ci ildən bu günədək bəstəkarlıq fəaliyyəti ilə məşğuldur.[3] O, "Təkçə sən", "Söylə nədən", "Şipşirin", "Yellənə-yellənə", "Sənlə", "Bakım mənim", "Film kimi", Səndən əl çəkirəm, "Susma belə", "Əzizim", "De, onun adı nədir?", "Bilməzdim", "Sevgiyə bax, dərdə bax", "Alıb gəncliyimi", "Sənə demədim mi?", "Cavanlığım", "Ata", "Dağılsın dünya", "Tez gəl", "Bir zamanlar", "Tut əlimdən", "Sənə bağlanıram", "Toxun mənə", "Gəcə yarı", "Biz, Azərbaycanlıyıq", "Sen benden gittiğinde", "Lya lya lya", "Ay qız", "Zəfər nəğməsi",[4] "Məmnunam", "Sənsən bilirəm", "Doya-doya" və bir çox tanınmış musiqi əsərlərinin bəstəkarıdır.[3] Onun Azərbaycanın bir çox tanınmış müğənniləri: Aygün Kazımova, Röya Ayxan, Elton Hüseynəliyev, Elçin Cəfərov, Sevda Yəhyayeva, Günay İbrahimli, Yaşar Cəlilov, Zamiq Hüseynov, Gülay Zeynallı və başqaları ilə iş birliyi olmuşdur və bu iş birliyi davam etməkdədir.
İnstrumental bəstələri:
- "Səs" kompoziyası (2013)
- Ümid rəqsi (2018)
- Doya Doya instrumental (2023)
- Yelləncək (2023)
Filmlərə bəstələdiyi musiqilər:
- "Bacanaqlar" serialı (2009)
- "Üç bacı" serialı (2012)
- "Bozbaş Pictures" (2013)
- "Ay, brilliant" (2014)
- "Ata ocağı" (2017)
- "Zəhər tuluğu" 2021[5]
- "Tənha qadın" (2023)
- "Bu şəhərdə kimsə yoxdur" (2024)[6]
İstinadlar
redaktə- ↑ 1 2 Nərmin Qocamanlı. "Tərlan Məmmədhüseynov: "Konsert verməyim üçün ABŞ və Kanadadan təklif almışam" - MÜSAHİBƏ" (az.). https://operativmedia.az. 7 okt 2024. Archived from the original on 2024-11-13. İstifadə tarixi: 12 noy 2024.
- ↑ "Toylarda üç universitet bitirmiş kimi oldum" (az.). https://qaynarinfo.az. 15 avq 2023. Archived from the original on 2024-11-13. İstifadə tarixi: 12 noy 2024.
- ↑ 1 2 "Tərlan Məmmədhüseynov: "Konsert verməyim üçün ABŞ və Kanadadan təklif almışam"" (az.). https://baku.ws. 09 okt 2024. Archived from the original on 2024-11-13. İstifadə tarixi: 12 noy 2024.
- ↑ "Böyük qələbənin "Zəfər mahnısı": Sabir Rüstəmxanlının möhtəşəm sözü və məşhurların ifası" (az.). https://yenicag.az. 28 yan 2021. Archived from the original on 2021-03-01. İstifadə tarixi: 12 noy 2024.
- ↑ ""Zəhər tuluğu" filminin büdcəsi nə qədərdir? - AÇIQLAMA - VİDEO" (az.). baku.ws. 24.12.2021. Archived from the original on 2024-10-09. İstifadə tarixi: 9 okt 2024.
- ↑ Pərviz Hüseyn. ""Bu şəhərdə kimsə yoxdur" serial olur!" (az.). https://olay.az. 18 yan 2024. Archived from the original on 2024-11-13. İstifadə tarixi: 12 noy 2024.