Terter Isi - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Tərtər işi — Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq Ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adı. Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarıldı. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarıldı.
İstintaq prosesinin qeyri-rəsmi olaraq “Tərtər işi” kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tebeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş verib), istintaqın Tərtər Rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyil.[1][2][3]
Tarixi
redaktə2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.[4][5]
Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər.[6]
Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür. Xüsusilə ehtiyatda olan polkovnik-leytenant Saleh Qafarovun əllərini və ayaqlarını bağlayıb suda batırmış, bədəninə cərəyan vermiş, dırnaqlarını çıxarmış, çənəsini sındırmış və əlləri bağlı şəkildə 2-ci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir. Bundan sonra komaya düşənə qədər işgəncə verməyə davam etmişdilər. Keçmiş bölük komandiri, kapitan rütbəsi olan Vaqif Abdullayevin dediyinə görə o, ac saxlanılmış, çılpaq vəziyyətdə üzərinə soyuq su atılmış, elektşok ilə işgəncə verilmişdir, sonra isə ordudan qovulmuşdur.
Hüquq müdafiəçisi Oktay Gülalıyevin sözlərinə görə, 9 hərbçi işgəncələrə dözə bilməyərək ölmüş, onlardan 5-nə belə cinayət işi açılmamışdır. Mediada yayılan məlumatlara görə, hazırda ən azı 25 nəfər hərbi qulluqçu həbsxanadadır, onlar dövlətə xəyanət, yüksək rütbəlilərə hücum və bir çox digər ittihamlarla həbsxana həyatı yaşamaq məcburiyyətindədir. Sonradan öldürülənlərdən 4 nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb[7].
17 dekabr 2021-ci ildə Baş Prokurorluq “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaratdı.[8]
İşgəncələr səbəbilə vəfat edən şəxslər
redaktəHüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən artıq hərbi qulluqçu (əsgər, çavuş, gizir və zabit heyəti) işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli azadlıqdan məhrum etmə cəzası verilib və 13 nəfər işgəncə nəticəsində vəfat edib.[6]
Sıra | Hərbi qulluqçu | Rütbəsi | Saxlanma tarixi | Vəfat tarixi |
---|---|---|---|---|
1.
|
Saleh Şərif oğlu Qafarov | Polkovnik-leytenant | 4 may 2017
|
13 may 2017
|
2.
|
Süleyman Kazımov | Kapitan | 4 may 2017
|
|
3.
|
Adil Sabirli | Baş leytenant | 5 may 2017
| |
4.
|
Təmkin Nizami oğlu | Leytenant | 12 may 2017
|
|
5.
|
Ruslan Ocaqverdiyev | Gizir | 15 iyun 2017
|
15 iyun 2017
|
6.
|
Elxan Ağazadə | Kiçik çavuş | 1 may 2017
|
10 may 2017
|
7.
|
Elçin Əhmədov | Sürücü (MAHHXQ) | 3 may 2017
|
6 may 2017
|
8.
|
Dayandur Əzizli | 12 may 2017
|
||
9.
|
Elçin Quliyev | 11 may 2017
|
||
10.
|
Elçin Mirzəliyev | 7 may 2017
|
||
11.
|
Mehman Hüseynov | 1 may 2017
|
8 may 2017
| |
12.
|
Səxavət İlyas oğlu Binnətov | 7 may 2017
|
||
13.
|
Rasim Heydər oğlu Rzayev | Polkovnik | 4 may 2017
|
24 dekabr 2020
|
Məhkumlar
redaktə- [6]
- [6]
- 1. Qasımov Elşən Qasım oğlu Qobustan qapalı cəzaçəkmə müəssisəsi.
- 2. Lətifov Lətif Ziyad oğlu Qobustan qapalı cəzaçəkmə müəssisəsi.
- 3. Əlimanov Zamiq Zahid oğlu 12 saylı cəzaçəkmə müəssisəsi
- 4. Cavadov Ruslan Mirağalı oğlu 15 saylı cəzaçəkmə müəssiəsi
- 5. Heydərov Daşqın Musa oğlu Şəki penitensiar müəssisəsi
- 6. Hüseynov İsmayıl İntiqam oğlu 12 saylı cəzaçəkmə müəssisəsi
- 7. Şükürov Sədail Mikayıl oğlu Gəncə penitensiar müəssisəsi
- 8. Alim Əliyev Akif oğlu 11 saylı cəzaçəkmə müəssisəsi.
- 9. Oktay Oktaylı Araz oğlu 11 saylı cəzaçəkmə müəssisəsi
- 10. Abbasquliyev Cavad Vahid oğlu 12 saylı cəzaçəkmə müəssisəsi
- 11. Əmrahov Ziya Rafiq oğlu 11 saylı cəzaçəkmə müəssisəsi
- 12. Elburus Məmmədov Oruc oğlu 10 saylı cəzaçəkmə müəssisəsi
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Азербайджан обвинили в пытках и убийствах собственных военных". 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ "В Азербайджане арестовали военных по подозрению в шпионаже в пользу Армении". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ "Как в Азербайджане "забывают" о громких преступлениях". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ "«Tərtər işi» üzrə ittiham olunanların valideynləri etiraz edir". 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ "Tərtər işi' üzrə etirazlar davam edir". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ 1 2 3 4 ""Умри или признайся". В азербайджанской армии искали армянских шпионов при помощи пыток". 2019-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ ""Tərtər işi" üzrə mühakimə edilənlərin ailə üzvləri aksiya keçirib". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ ""Tərtər işi"nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.