Teyyar Abbasov - Wikipedia
Təyyar Abbasov (tam adı: Təyyar Fərzulla oğlu Abbasov; d.10 fevral 1941; Masallı, Yelağac.– ö.7 oktyabr 2006, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994).
Təyyar Abbasov | |
---|---|
Təyyar Fərzulla oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Masallı, Yelağac |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Həyatı
redaktəTəyyar Abbasov 1941-ci ilin fevral ayının 10-da Azərbaycanın Masallı rayonunun Yelağac kəndində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 2006-cı ilin oktyabr ayının 9-da Bakı şəhərində vəfat etmişdir. [1]
Fəaliyyəti
redaktəT.Abbasov 1964–75-ci illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitunda yarımkeçiricilər və dielektriklər fizikası laboratoriyasında, 1975–78-ci illərdə Azərbaycan SSR EA-nın radiasiya tədqiqatları bölməsində işləmiş, 1978–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin fizika kafedrasının müdiri, həmçinin polimer materialları laboratoriyasının rəhbəri olmuşdur. 130-dan artıq elmi əsərin müəllifidir. [1]
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 21. ISBN 978-9952-441-02-4.