Thk 15 - Wikipedia
Thk 15 - Wikipedia - Haqqında Məlumat
THK-15 və ya MKEK-4 Uğur, 1955–1963-cü illər arasında Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən əsas təlim təyyarəsi idi. Əvvəlcə THK-15 olaraq hazırlanmışdı və təyyarənin dizaynı Miles Magister təlim təyyarəsi əsasında hazırlanmışdı və cəmi 57 ədəd istehsal edilmişdir. Bu təyyarələrin hamısı (İordaniya Kral Hərbi Hava Qüvvələrinə hədiyyə edilmiş üç təyyarə istisna olmaqla) TuAF uçuş məktəbində istifadə edilmişdir.
THK-15 və ya MKEK-4 Uğur | |
---|---|
THK-15 | |
Tipi | Təlim təyyarəsi |
İstehsalçı | Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi |
İstismara verilmə tarixi | 1955 |
İstimarının bitmə tarixi | 1963 |
İstismarçılar |
Türkiyə Hərbi Hava Qüvvələri İordaniya Kral Hərbi Hava Qüvvələri |
Buraxılış sayı | 57 |
Vikianbarda əlaqəli mediafayllar |
Texniki məlumatlar
redaktəMənbə:[1]
- Ekipaj: 2
- Uzunluq: 7.50 m
- Qanad uzunluğu: 9.50 m
- Hündürlük: 2.16 m[2]
- Qanad sahəsi: 15.9 m²[2]
- Boş çəkisi: 664.5 kg
- Mühərrik: 1 × de Havilland Gipsy Major Ardıcıl dörd silindrli hava soyutmalı mühərrik, 108 kW (145 hp)
- Maksimum sürət: 217 km/h
- Kreyser sürəti: 177 km/h
- Mənzil: 512 km
- Havada qalma müddəti: 3,25 saat
- Silahlar: 2 pulemyot